Qısa məzmun
PASHA Malls İstismar xidmətləri üzrə texnik (Elektrik işləri) vəzifəsi üzrə vakansiya elan edir.
İşin xülasəsi:
İstismar xidmətləri üzrə texnik (Elektrik) ticarət mərkəzindəki bütün növ elektrik problemlərinin aradan qaldırılmasına, lazımi yoxlamaların aparılmasına, müntəzəm olaraq xidmətin yerinə yetirilməsi və müvafiq qeydlərin aparılmasına cavabdehdir.
Əmək funksiyalarının təsviri:
- Nəzarətçi tərəfindən tələb edilən bütün elektrik işlərinin standartlara uyğun olaraq aparılması.
- Bütün elektrik paylayıcı qurğularının və paylayıcı şəbəkələrinin və sistemlərinin yoxlanılması, təmizlənməsi, texniki baxışdan keçirilməsi və təmiri
- Elektrik işıqlandırıcılarının və floresan lampalarının dəyişdirilməsi
- Bütün işıqlanlandırıcı cihazların, projektorların, neon işarələrinin və qəza işıqlandırılma alətlərinin quraşdırılması, yoxlanılması, texniki baxışı və təmiri
- Qəza halında istifadə edilən elektrik enerjisinin və adi enerji təminatı sistemlərinin texniki baxışı
- Elektrik motorlara və nəzarət nöqtələrinə xidmət
- Bütün elektrik avadanlıqların üzərində profilaktik işlərin aparılması
- İşdə bütün SƏTƏMM norma və qaydalardan məlumatlı olmaq və onlara riayət etmək
- İş yerinin və yerinə yetirdiyi tapşırıqlardan sonra ətrafın təmizlikdə saxlanılması
- İş geyiminin təmiz saxlanılması
- Fövqəladə hallarda yuxarıda təsvir edilən vəzifə borclarından kənar tələb edilən tapşırıqların yerinə yetirilməsi.
Əsas meyarlar:
- Orta məktəb attestatı və ya onun ekvivalenti; elektrik mühəndisliyi üzrə diplomu olanlara üstünlük verilir
- Etibarlılıq müddəti qüvvədə olan elektrik sertifikatı
- Elektrik kimi ən azı 5 il iş təcrübəsi
- Elektrik sistemləri, naqillər və bütün zəruri avadanlıqlar haqqında geniş biliklərə sahib olmaq
- Planları və texniki çertyojları oxumağı bacarmaq
- Əl alətləri və elektrik alətləri ilə işləmə bacarığı
- Dövlət tələbləri və şirkətin təhlükəsizlik qaydaları ilə tanış olmaq.
Aşağıda qeyd olunan meyarlara cavab verən namizədlərdən CVlərini 03 mart 2023-cü il saat 18.00-dək göndərmələri xahiş olunur
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...