Qısa məzmun
Azərxalça Elektrik – çilingər vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Xalçaların emalı, yuyulması və dartılması zamanı istifadə olunan texniki vasitələri və alətləri vaxtlı-vaxtında və istehsalçı şirkət tərəfindən müəyyən olunmuş qaydada istifadəsini təmin etmək;
- Elektrik qurğu və avadanlıqların fasiləsiz və etibarlı işləməsini təmin etmək;
- Avadanlıqların müntəzəm və texniki cəhətdən düzgün, etibarlı işini, onun növbəliliyinin artırılmasını, tələb olunan dəqiqlik səviyyəsində işləmə qabiliyyətində olmasını təmin etmək;
- Avadanlıqlara baxış və onun profilaktik təmirləri planlarının işlənib hazırlanmasını təşkil etmək, bu planları təsdiq etmək və onların yerinə yetirilməsinə nəzarət etmək, istehsalın texniki hazırlığını təmin etmək;
- Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına materialların sərf edilməsi üzrə normativ materialların işlənib hazırlanması, ondan istifadə göstəricilərinin təhlili, təmirlərin aparılması üçün smetaların tərtibi, avadanlığın istismarı zamanı lazım olan material və ehtiyat hissələrinin alınması üçün sifarişlərin tərtibatına rəhbərlik etmək;
- Vəzifə təlimatı əsasında rəhbərliyin digər tapşırıqlarını həyata keçirmək.
Namizədə olan tələblər:
- Müvafiq texniki peşə təhsili
- Müvafiq sahədə 2 il iş təcrübəsi;
İş şəraiti:
- 5 günlük iş rejimi
- Bakıdan servis ilə təmin olunma
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini fidan.guliyeva@azerxalca.az, hr@azerxalca.az elektron ünvanına (“elektrik-çilingər” başlığı ilə) göndərmələrini xahiş edirik.
Ünvanı: Sumqayıt Kimya Sənaye Parkı – “Azərxalça” ASC-nin Yunəyirici boyaq fabriki.
Tel: 050 – 265 – 14 – 09
QEYD: Yalnız müvafiq başlıqla CV göndərmiş şəxslərin namizədliyi qeydə alınacaq. (Zənglə edilən müraciətlər qeydə alınmır)