Qısa məzmun
Embawood Elektrik (Xırdalan) vəzifəsi üzrə vakansiya elan edir.
1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 25 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.
Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.
Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.
Vəzifə adı: “Elektrik”(Xırdalan)
İş qrafiki :
- İş yeri: 6 günlük / 09:00 – 18:00
- Bakı, Azərbaycan
Işin təsviri :
- Yüksək gərginlik transfarmatora texniki qulluq və nəzarət. -Elektrik dolablarına texniki nəzarət və təmir.
- Gərginlik yarımstansiyasına nəzarət və qulluq. -Elektrik naqillərinə və cihazlarına qulluq və təmir.
Tələblər :
- Peşə təhsili
- Müvafiq sahə üzrə sertifikat
- Ən azı 1 il iş təcrübəsi
- Stessə davamlı olmalı
- Problem həll etmə bacarığı olmalı
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Elektrik” (Xırdalan) qeyd edib bu ünvana göndərəsiniz. career@embawood.com
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Planlama üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Sayımçı vəzifəsi üzrə vakansiya elan edir. ...