Elektrik mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerbaijan Supermarket LLC Elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Bu sahədə təcrübə tələb edilir.

Vəzifənin adı: Elektrik mühəndisi
Yerləşmə: Baş ofis
Şöbə: Marketin inkişafı departamenti

Vəzifə öhdəlikləri:

  • Kompleks tikinti sistemlərinin məlumatlandırlması, istiqamətləndirilməsi və istismara verilməsi üzrə layihələrin elektrik infrastrukturunu anlamaq;
  • Tender təkliflərinin qiymətləndirilməsi və təhlilinin hazırlanmasında iştirak etmək;
  • Əməliyyat və istismar xərclərinin azaldılması, istismar müddəti və kapital dəyişdirilməsi xərcləri və enerji istehlakının məhdudlaşdırılması üçün layihənin təhlili proseslərində iştirak etmək;
  • Layihələrin ilkin-əməliyyatlar və əməliyyatlar mərhələlərində, o cümlədən elektrik sisteminin seçilməsində fəal iştirak etmək;
  • Müəssisə daxili maliyyə smetasının qiymətləndirmək, layihələr üzərində kodların və zona bölgüsünün təsvir etmək, xərcləri optimallaşdırmaq;
  • Mexaniki/elektrik koordinasiya prosesinə nəzarət etmək;
  • Sistematik konstruktivlik icmalı;
  • İstismar müddətinin təhlili də daxil olmaqla elektrik sistemini seçilmək;
  • Elektrik sistemi tənzimləyicisi seçimlərini təhlil etmək və sistemlə bağlı tövsiyyələr vermək;
  • Avadanlıqların nasazlıqlarını araşdırmaq və xətalı əməliyyatların səbəbini müəyyənləşdirmək;
  • Müştərilərə tövsiyələr vermək;
  • Layihənin həyata keçirilməsi zamanı konstruktiv dəyişikliklərə nəzarət etmək;
  • Alt-sistem fəaliyyətini və tələblərin dəyişdirilməsi və ya yenilənməsini qiymətləndirilmək məqsədilə qurğuların idarə olunması üzrə ətraflı texniki məlumat vermək;-
  • Müştərilər, podratçılar, memarlar və layihənin digər komanda üzvləri ilə bütün qarşılıqlı əlaqələr zamanı şirkəti təmsil etmək;
  • Texniki baxış üzrə məsul əməkdaşların işini planlaşdırmaq, prioritetləşdirmək, təyin etmək, onlara nəzarət etmək və yoxlamaq, eləcə də bu əməliyyatlarda iştirak etmək;
  • Avadanlıqlara texniki baxış keçirilməsi üzrə cədvəl və metodlar hazırlamaq, resurs tələbatlarını müəyyənləşdirmək, müvafiq idarəetmə heyəti ilə birgə ehtiyacları müzakirə etmək, resursları müvafiq qaydada bölüşdürmək;
  • Quraşdırma, təftiş, təmir işlərinə, nasazlığın aradan qaldırılmasına və binaların, infrastrukturların və müəssisə avadanlıqlarının gündəlik texniki baxışına nəzarət etmək;
  • Bütün müəssisələr və avadanlıqlar üçün profilaktik baxış və təhlükəsizliyin yoxlanılması proqramları yaratmaq və həyata keçirmək;
  • Ətraf mühit, sağlamlıq və təhlükəsizlik prinsiplərinə riayət olunması məqsədilə binaların və qurğuların yaxşı vəziyyətdə saxlanılması üzrə məsuliyyət daşımaq;
  • Podrat işinin təşkili üçün podratçılarla qarşılıqlı əlaqələr qurmaq;
  • Sualları cavablandırmaq və ictimaiyyəti məlumtalandırmaq;
  • Şikayətləri araşdırmaq və onların həlli üçün müvafiq işlərin görülməsi barədə tövsiyyələr vermək;
  • Şikayətləri qeyd etmək və onlar barədə Menecerinə həftəlik hesabat vermək;
  • Ehtiyac olduqda müvafiq əlavə vəzifələri yerinə yetirmək.

Vəzifə üzrə tələblər:

  • Elektrik mühəndisliyi və ya aidiyyati sahə üzrə ali təhsil.
  • Sahə üzrə yerli ve xarici standartlar üzrə biliklərə malik olmaq (EN,NFPA,DIN,BS,Local Norms &Regulation,IEC,IEEE)
  • Zəif orta axım, torpaqlama, işıqlandırma, hesablama, güc sistemləri üzrə biliklərə malik olmaq
  • İngilis dili üzrə orta səviyyədə yazı və danışıq qabiliyyətinə malik olmaq.
  • Kompüter bilikləri (Microsoft office, AutoCAD)

Tələb olunan bacarıqlar:

  • Şifahi və yazılı təlimatları başa düşmək və yerinə yetirmək bacarığı.
  • Təhlükəsiz və səmərəli şəkildə işləmək bacarığı.
  • Təzyiq altında işləmək bacarığı.
  • Prioritetləri təyin edə, resursları bir yerə yığa və əməliyyatların effektivliyini idarə edə bilməlidir.
  • Nəzarət olunan mühitdə sənədləşdirməni dəqiq yerinə yetirmək bacarığı.

İdeal namizədə tələblər:

  • Düzgün iş prosesi qurmaq bacarığı
  • Güclü ünsiyyət bacarıqları
  • Problemləri vaxtında müəyyənləşdirmək və həll etmək
  • Vaxta əhəmiyyət vermək və ondan səmərəli istifadə
  • Müstəqil və ya komanda ilə işləmə bacarığı

Əsas xüsusiyyətlər

  • Yaxşı komanda təşkilatçısı
  • Yüksək motivasiyalı
  • Sakit, işə professional yanaşan
  • İş yoldaşlarına hər zaman məsləhət verməyə və dəstək göstərməyə həvəsli
  • Eibarlı və güvənilə bilən, nəzarətsiz işləyə bilən

Qeyd Maraqlanan namizədlər hr2@azerbaijansupermarket.com email ünvanına “Elektrik mühəndisi” başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Baş mexanik

Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Xırdalan

Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )

Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.11.2024 - Hacıqabul

Texniki şöbənin Rəhbəri

CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

CONCO Engeneering

07.11.2024 - Bakı

Memarlıq üzrə təcrübəçi

PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...

PASHA Property Management

31.10.2024 - Bakı

1500₼
Laçın ərazisi üzrə koordinator

Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

30.10.2024 - Bakı