Qısa məzmun
Ə/h 1000 AZN. Fire Safety Caspian Azerbaijan Elektrik təchizatı işləri üzrə Mühəndis – Layihəçi vəzifəsi üzrə vakansiya elan edir.
Əsas tələblər:
- Mühəndis-elektrik ixtisası üzrə ali təhsil;
- Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı hesablama qaydasının bilməli;
- Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;
- Elektrik sxemlərini tərtib etmək bacarığı;
- Sxemlərə uyğun elektrik şəbəkələrinin montaj aparmaq bacarığına üstünlük verilir;
- Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
- Aşağı və yüksək gərginlikdə işləmək üçün sertifikat (Sənəd);
- Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dili biliyi;
- Kompüter bilikləri – AutoCAD əla bilməli; 3D MAX, VRAY, Corel Draw proqramlarının bilməsinə üstünlük verilir.
- Microsoft Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı;
- Komandada işləmə bacarığına malik olmalı;
- Diqqətli və dəqiq olmalı;
- İşgüzar və məsuliyyətli olmalı;
- Təzyiq altında işləməyi bacarmalı.
İş öhdəliyi:
- Layihələndirmə üçün ilkin məlumatın yığılması və çertyojların çəkilməsi;
- Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
- 0,4-1 kV (aşağı gərginlik) elektrik şəbəkənin layihələndirilməsi;
- Elektrik yükünün hesablanması;
- Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
- Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
- Müxtəlif təyinatlı tikili və təmir işlərinin texniki cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;
- Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərinin düzgün təşkil edilməsi;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
- Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
- Yeni quraşdırılan pivot, nasosxana qurğularına elektrik xəttlərinin çəkilməsi, yaranan nasazlığın aradan qaldırılması təlimatlarını vermək və işə ümumi nəzarət etmək.
İş vaxtı:
- 08:00 – 17:00
- Həftə içi 5 gün
Maraqlı olan şəxslər öz CV-ləri ayan.ibrahimova@asprof.az elektron ünvanına göndərə bilər.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...