Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AVT Logistics Qrupu Elektrokar sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılır.
Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Elektrokar sürücüsü
İş yeri: Bakı şəhəri, Məhəmmədi qəsəbəsi.
İş təcrübəsi: 1-2 il
Təhsil: Orta
Yaş həddi: 25-40 yaş
Elektrokar idarə etmək hüququnu təsdiq edən müvafiq diplom və ya sertifikatın olması mütləqdir.
İşin Təsviri: Məhsulların qaldırıcı və daşıyıcı qurğular vasitəsilə anbar daxilində hərəkətini və yerləşdirilməsini təmin etmək.
Vəzifə öhdəlikləri:
- Məhsulların nəqliyyat vasitələrinə yüklənməsi və müəyyən edilmiş yerlərdə boşaldılması;
- Məhsulları saxlama anbarlarına daşımaq və yerləşdirmək;
- Daşıyıcı və qaldırıcı avadanlıqların istismara yararlı olmasını yoxlamaq;
- Qurğuların batareyalarının dolu olmasını nəzarətdə saxlamaq;
- Avtoyükləyicidən, mobil qaldırıcı mexanizmlərdən, əl arabasından istifadə etmək;
- İstismara hazır avadanlıqları sağlamlıq və təhlükəsizlik tələblərinə uyğun təmizləmək;
- Texniki xidmətin müntəzəm qaydada göstərilməsini həyata keçirmək və daşınma xidmətinin heyətinə nöqsanlar barədə məlumat vermək.
Tələbər:
- Nizam-intizamlı olmaq;
- Diqqətli və məsuliyyətli olmaq;
- Avadanlığı peşəkar idarə etmək qabiliyyəti;
- Komanda ilə işləyə bilmək.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- 6 günlük iş qrafiki;
- Əmək müqaviləsi.
Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Elektrokar sürücüsü” yazmaqla CV göndərərək müraciət edilir.
Oxşar vakansiya siyahısı:
Ayan MMC şirkəti Sürücü köməkçisi vəzifəsi üzrə vakansiyası elan edir. ...
189 TAXİ Əməliyyat üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...