Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bankı Elektron ticarətin inkişafı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
“ABB” ASC Partnyorlarla iş departamentinin Ekvayrinq biznesinə dəstək şöbəsinə Elektron ticarətin inkişafı mütəxəssisi vakansiyasını elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Görəcəyiniz işlər:
- Elektron ticarət üzrə bazar analizi aparmaq;
- Elektron ticarət şəbəkəsinin genişlənməsini təmin etmək. Partnyorların cəlb edilməsi;
- Elektron ticarət üzrə layihələrin idarə olunması;
- Rəhbərlik tərəfindən e-ticarət ilə bağlı sorğuları təmin etmək.
Bizim üçün ideal namizəd:
- Ali təhsilli;
- İnduktiv və Analtiki Təhlil bacarığı olan;
- Təqdimat bacarığı olan;
- Layihələrin idarə edilməsi təcrübəli;
- Fərdi və komanda tərkibində işləməyi bacaran;
- Ofis proqramlarında, xüsusi ilə yüksək Excell və PowerPoint biliklər olan;
- Azərbaycan dili yüksək səviyyədə bilən şəxsdir. Rus dili (üstünlükdür);
Bu iş sizə nələri qazandıracaq:
- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
- Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına 08.03.2020 tarixinədək göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...