Qısa məzmun
MSDIS Holding Elektronçu vəzifəsi üzrə vakansiya elan edir. Dövrə sxemlərini oxumağı bacarmalıdır.
MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.
Şirkət: MSDIS Holding
Vakansiyanın adı: Elektronçu
Vəzifə öhdəlikləri:
- İnvestor” sistemilə işləyən istehsalat avadanlıqlarının təmiri və diaqnostikası;
- Avadanlığın motoru ilə “İnvestor” sistemi arasında əlaqənin tənzimlənməsi;
- Elektron avadanlıqların texniki vəziyyətinin yoxlanmasında iştirak, modul və komponent səviyyəsində təmiri;
- Elektron avadanlıqların istifadə qaydası üzrə təlimatların hazırlanması;
- Avadanlığın elektron elementlərinin parametrlərinə və möhkəmliyinə nəzarət edir, zədələri vaxtında üzə çıxarmaq məqsədi ilə test üzrə yoxlamalar aparılması və onların təmir edilməsi;
- İstismarda olan elektron dəzgahlara texniki xidmətin göstərilməsi;
- Aşkar olunmuş nasazlıqların aradan qaldırılması;
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət;
Tələblər:
- Müvafiq sahədə təhsil arzuolunandır (radioelektronika, elektron avadanlıqlarının təmiri);
- Müvafiq sahə üzrə istehsalatda, sənayedə 1 ildən artıq təcrübəsi;
- Elektron avadanlıqların sxemlərini oxuma bacarığı (arzuolunandır);
- Dövrə sxemlərini oxumağı bacarmalıdır;
- Elektronikanı və avtomatikanın əsaslarını bilməlidir;
- Sənaye avadanlıqlarının ana platalarında yaranan problemləri həll etməlidir;
- Yüksək məsuliyyət, diqqət, öyrənmə qabiliyyəti yüksək;
- Dürüstlük, komandada işləmə bacarığı.
İş şəraiti:
- Təcrübə: 1-3 il
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: 600-900 AZN (müsahibə əsasında təyin olunur)
- İş yeri: Binəqədi rayonu
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Elektronçu” qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Ayan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...
Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...