Qısa məzmun
Qafqaz İndustrial Elektronik Elektronika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Texniki servisə təmir məqsədi ilə daxil olan bütün növ elektron avadanlıqların/cihazların/plataların aidiyyatı üzrə qeydiyyatının aparılması;
- Elektron avadanlıqlara/cihazlara/platalara ilkin texniki baxışın həyata keçirilməsi, müvafiq qaydada diaqnostika işlərinin aparılması;
- Nasazlıqların təsbit edilməsi, təmirin aparılması və təmir olunmuş hissələrinin yoxlanılaraq servis rəhbərinə təhvil verilməsi.
Namizədə tələblər:
- Elektronika sahəsində Ali və ya peşə təhsili;
- Ölçü cihazları, lehimləyici avadanlıqlar və təmir üçün nəzərdə tutulan digər alətlərlə peşəkar səviyyədə işləmə bacarığı;
- Dövrə komponentləri, mikrokontrollerlər sahəsində əsaslı biliklərə sahib olmaqla yanaşı həmçinin onlardan düzgün istifadə qaydalarını yüksək səviyyədə bilməli;
- Elektron (sənaye, tibb, telekommunikasiya və s) avadanlıqların iş prinsipləri və onların istismarına dair təhlükəsizlik qaydaları haqqında məlumatlı olmalı;
- Elektronika avadanlıqlarının təmiri sahəsində ən azı 1 il iş təcrübəsi olmalı;
- Kompyuterdə sərbsət işləmə bacarığı;
- Xarici dil biliyi arzuolunandır;
- İşgüzar, məsuliyyətli və nizam-intizamlı.
İş şəraiti:
- AR Əmək qanunverciliyinə əsasən sənədləşmə;
- 6 günlük iş rejimi;
- Həftə içi 09:00-17:00-dək;
- Şənbə günü 09:00-14:00 -dək;
- Nahar şirkət tərəfindən təmin olunur.
- Namizədlər CV-lərini “Elektronika mühəndisi” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.
- Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...