Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Superfon Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi biliklər tələb olunur.
Şirkət haqqında:
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, fəaliyyət sektorunun lideri olan bir şirkətdə öz karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə: Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis
İş yeri: Bakı şəhəri (Əhməd Rəcəbli, Turan İş Mərkəzi)
İş təcrübəsi: Sahə üzrə min. 2 il
Təhsil: Ali
Yaş həddi: 24 və ya üzəri
İşin təsviri: Əmək haqqı ilə bağlı olan bütün proseslərin icrası
Vəzifə öhdəlikləri:
- Şirkət əməkdaşlarının əmək haqqıları və avanslarının hesablaması;
- Şirkətin Davamiyyət sisteminə nəzarət edilməsi və lazimi hesabatlılığın aparılması;
- İşdən azad olunan əməkdaşların son haqq-hesablanması;
- Əmək haqqı büdcəsinin müvafiq analizi və hesabatlılığının aparılması;
- Əmək haqqı sistemlərinin analizi, optimallaşdırılması və inkişaf etdirilməsi;
Tələblər:
- Əmək haqqı hesablanması qaydalarını bilməsi və bu sahədə təcrübə mütləqdir;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- MS Office (xüsusilə Excel) proqramlarından mükəmməl istifadə etmək bacarığı 1C proqramını bilməsi arzuolunandır;
Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Müraciət qaydaları:
CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Son müraciət tarixi 05.05.2020
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...