Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AVT LogisticsİR Əmək haqqı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 17.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: İR Əmək haqqı üzrə mütəxəssis
- İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Sahə üzrə min. 1-3 il
Təhsil: Ali
Yaş həddi: 23-30
İşin təsviri: Əmək haqqı ilə bağlı olan bütün prosesləri icra edir.
Vəzifə öhdəlikləri:
- Əməkdaşların əmək haqqılarını hesablamaq;
- Ay ərzində şirkət əməkdaşlarının davamiyyətlərini izləmək;
- Ay ərzində işdən çıxmış əməkdaşların Son haqq-hesablarının hesablanıb mühasibatlıq şöbəsinə göndərilməsini təmin etmək;
- Əməkdaşların avanslarının hesablanması və mühasibatlıq şöbəsinə göndərilməsini həyata keçirmək;
- Ay ərzində əmək haqqı ilə bağlı tələb edilən hesabatları hazırlayıb üst rəhbərliyə təqdim etmək;
- Ay ərzində Pronet proqramına daxil edilən icazə müraciətlərinin izlənilib təsdiq edilməsini təmin etmək.
- İşə qəbul edilmiş əməkdaşların barmaq izlərinin götürülməsi və şəxsi məlumatlarının sistemə daxil edilməsi.
Tələblər:
- Əmək haqqı hesablanması qaydalarını bilmək və bu sahədə təcrübə mütləqdir;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- Microsoft Office (xüsusilə Excel ) kompüter proqramlarından mükəmməl istifadə etmək bacarığı;
- Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi;
- 5 günlük iş qrafiki.
Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İR Əmək haqqı üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...