Qısa məzmun
Ə/h razılaşma yolu ilə. TuranBank ASC Əməliyyat Riskləri bölməsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmə bacarığı olmalıdır.
Vəzifəyə olan tələblər:
- Bankın risk menecment, əməliyyat və audit bölmələrində 3 il və daha çox iş təcrübəsi
- Ali iqtisadi təhsil (Xaricdə təhsil almış namizədlərə üstünlük veriləcək);
- Maliyyə sektorunda minimum 3 il iş təcrübəsi (Bank sektorunda iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- Problemi həll etmək bacarığı;
- Analitik düşüncə, müxtəlif hesabatları hazırlama və təhlil etmə bacarığı;
- İşə yaradıcı yanaşmaq və yeni ideyaları yaratmaq bacarığı;
- İşdə düzgünlük, operativlik;
- Komandada işləmə bacarığı;
- Ünsiyyət qurma qabiliyyəti;
Məsuliyyətlilik, diqqətcillik; - Rus və İngilis dillərində yazma, oxuma və başa düşmə bacarığı (Beynəlxalq sertifikat və ya diplomları olan olan namizədlərə üstünlük veriləcək);
- Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma.
Vəzifə öhdəlikləri:
- Bankın fəaliyyət istiqamətləri üzrə əməliyyat risklərini müəyyən etmək və qiymətləndirmək;
- Biznes prosesləri təhlil etmək və risk, fraud və spekulyativ xarakterli ehtimalları dəyərləndirmək və qarşısının alınması istiqamətində təkliflər vermək;
- Əməliyyat risklərinin xəritəsini hazırlamaq, əməliyyat sahələrinə xarakterik ehtimal riskləri dəyərləndirmək və idarəedilməsi, minimallaşdırılması istiqamətində təkliflər vermək;
- Bankın struktur bölmələrində əməliyyat risklərinin idarə edilməsi işinin təlimatlara, normativlərə, qaydalara, risk siyasətinə uyğun aparılmasına nəzarət etmək;
- Biznes proseslərin təşkili və yenidən təşkili, eyni zamanda yeni məhsul və xidmətlərin yaradılması prosesində iştirak etmək və təkliflər vermək;
- Yoxlamaların nəticəsi olaraq aşkar edilmiş neqativ halların eskalasiyasının qarşısının alınması istiqamətində təkliflər vermək;
Anketlərinizi hr@turanbank.az ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Əməliyyat riskləri bölməsinin rəhbəri” yazmağı unutmayın.
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...