Qısa məzmun
Kapital Bank Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin baş mütəxəssisivəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi işində iştirak edir;
- Əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
- Yaradılan yeni məhsul, xidmət, proseslər, motivasiya sistemləri həmçinin mövcud məhsul,xidmət,proseslər və motivasiya sistemləri üzərində dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, Kredit/debit kartı, POS terminal, internett bankçılıq/mobil bankçılıq, E-commerce əməliiyyatları üzrə fraud risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermək;
- Bankda yazılan yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermək;
Tələblər:
- Təhsil: Ali iqtisadi və ya maliyyə təhsili
- Təcrübə: bank sektorunda ən azı 4 il, Risk, daxili nəzarət,audit , fraud sahələri üzrə ən azı 2 il iş təcrübəsi,
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan, İngilis, (əlavə xarici dil bilikləri alqışlanır)
- Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
- Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud hr@kapitalbank.az email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...