Qısa məzmun
AFB Bank Əməliyyatlar strukturu üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
- SWIFT, AZİPS, XÖHKS sistemlərində işləmək bacarığı;
- Müştəri yönümlülük;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Ünsiyyət, problem həll etmə bacarığı.
İşin təsviri:
- Bankın və müştərilərin ödəniş tapşırıqlarının müvafiq normativ aktlara uyğunluğunu, həmin tapşırıqlarda olan rekvizitlərin Bankın daxili əməliyyat və ödəniş sistemlərinə düzgün daxil edilməsini yoxlamaq;
- Bankın və müştərilərin xeyrinə daxilolmaları müvafiq hesablara işləmək;
- Təcili pul köçürmə sistemləri üzrə hesablaşmaları aparmaq;
- Müştərilərdən yığılan kommunal və mobil rabitə haqları üzrə ödənişlərin təyinatı üzrə köçürülməsi üçün ön ofislərdən hesabatları qəbul etmək;
- Banklarda açılmış müxbir hesabın və klirinq hesabının qalığına nəzarət etmək və əməliyyat gününün sonunda alınmış hesabdan çıxarış sənədlərini üzləşdirmək;
- Müəyyən olunmamış məbləğlər, xidmət haqları və digər əməliyyatlar üzrə müvafiq müxabirləşmələrin verilməsini təmin etmək;
- SWIFT sistemi vasiləsilə bank və müştəri köçürmələrini icra etmək;
- Müxbir banklarla danışıqlar aparmaq, hesabların açılması üçün tələb olunan sənədlər toplusunu hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aparıcı mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...