Qısa məzmun
Prior Leasing şirkəti Əməliyyatlar üzrə mütəxəssis üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Ali təhsil;
- MS Office proqramlarında işləmək bacarığı;
- Sənədləşmə işi üzrə 1 il təcrübə;
- Azərbaycan dili səlis;
- Bank, BOKT, İnvestisiya və Maliyyə şirkətlərində iş təcrübəsi arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Müştəriyə aid sənədlər toplusunu müvafiq qaydaya əsasən regionlardan tələb etmək, daxil olan sənədləri yoxlamaq;
- Müvafiq qeydlər aparmaq, aidiyyatı üzrə sifariş vermək (qiymətləndirmə və sığorta);
- Qovluqların tərkibinə əsasən sənədləri çap etmək, sənədlər toplusunu tamamlamaq və rəhbərliyə imza üçün təqdim etmək;
- Müvafiq orqanlara sənəd toplusunu ötürmək, elektron sənədləri təhvil vermək və zəruri hallarda elektron sistemlərdə qeydiyyat aparmaq;
- Digər təşkilat tərəfindən maliyyələşdirilən əqdləri müvafiq təşkilatlara ötürmək;
- Müştəri sənədlərini elektron arxivləşdirmək, müvafiq hökumət qurumunun MİS-də müştəri memorandumunu doldurmaq, maliyyələşmiş sənədləri arxivə təhvil-təslim əsasında təqdim etmək.
İş şərtlərimiz:
- Əmək haqqı: 500 – 700 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Əməliyyatlar üzrə mütəxəssis” yazaraq hr@prior.az ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...