Qısa məzmun
PASHA Bank Əməliyyatların Monitorinqi üzrə Mütəxəssis (AML) vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/le2ny664
Təsvir
İşiniz nədən ibarətdir?
- Bankın istənilən formada çirkli pulların yuyulması prosesinə və terrorçuluğun maliyyələşdirilməsinə cəlb olunmasının qarşısının alınması;
- PL/TMM sahəsində Bankın müvafiq qanun, qayda və normalarına riayət etməsində koordinasiyanın qurulması;
- Filial və Biznes Mərkəzlərindən daxil olan PL/TMM ilə əlaqəli sorğuların cavablandırılması;
- Gündəlik əsasda əməliyyatların PL/TMM proqram təminatı vasitəsi ilə idarə edilməsi və təyin edilmiş indikatorlar əsasında monitorinqlərin aparılması;
- Müvafiq proqram təminatı üzrə texniki tapşırıqların verilməsi, yeni ssenarilərin yazılması və həmin proqram təminatına dair xarici təchizatçılar ilə işlərin aparılması;
- Bank daxilində PL/TMM ilə əlaqəli tələblərin kommunikasiyası; PL/TMM ilə əlaqəli Banka daxil olan məktubların və müraciətlərin cavablandırılması;
- Bankdaxili ümumi proseslərin və daxili qaydaların PL/TMM baxımından dəyərləndirilməsi;
- Bankda mövcud məhsulların və yeni məhsulların PL/TMM baxımından dəyərləndirilməsi və məhsul sahibləri ilə müzakirələrin təşkil edilməsi;
- Nəzarət fəaliyyətini həyata keçirən orqanlara təqdim etmək üçün hesabatların hazırlanması;
- Nəzarət orqanları tərəfindən daxil olmuş sorğuların cavablandırılması.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: iqtisadiyyat / hüquq sahəsində (və digər uyğun sahədə) ali təhsil
- Təcrübə: kart əməliyyatları və köçürmə sistemləri üzrə iş təcrübəsinin olması arzu ediləndir.
- Xarici dil: ingilis və rus dili bilikləri arzu ediləndir.
- Kompüter bilikləri: “Microsoft Office” və İT yönümlü proqramlar üzrə biliklər.
- Digər: Azərbaycan Respublikasının hüquqi aktlarından və ümumi yerli qanunvericilik tələblərindən məlumatlı olmaq.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...