Əməyin mühafizəsi (SƏTƏM – HSE) üzrə mühəndis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Qazax Sement Zavodu MMC Əməyin mühafizəsi (SƏTƏM – HSE) üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Aylıq mobil rabitə limiti ilə təmin olunur.

Əməyin mühafizəsi (SƏTƏMM – HSE) üzrə mühəndis

Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC

Əsas iş yeri: Qazax rayonu, Daş Salahlı kəndi

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • MS Office – Word, Excel, Power Point proqramlarını mükəmməl bilməli;
  • Xarici dil: Rus və İngilis dillərini mükəmməl bilməli;
  • Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı, təşkilatçılıq qabilyyətinə malik olmalı;

Əsas vəzifə öhdəlikləri:

  • Obyektdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üçün aparılan işləri təşkil edir.
  • Əmək qanunvericiliyinə, təhlükəsizlik qayda və normalarına, standartlara və digər normativ sənədlərə əməl olunmasına nəzarət edir.
  • Tikinti və istehsalat prossesində işlərin təhlükəsizlik qaydalarına uyğun təşkilinə, avadanlığın təhlükəsiz istismarına, istehsalat bnalarının qurğularının və digər məişət obyektlərinin texniki sazlığına, iş yerində mühafizə, xilasedici vasitələrin lazım olan miqdarda sazlığına nəzarət edir.
  • İşçilərin keyfiyyətli (standartlara, mühafizə xüsusiyyətlərə görə) xüsusi geyimlə, ayaqqabılarla, fərdi mühafizə vasitələrilə təmin olunmasına, onların qəbul olunmasına, saxlanılmasına nəzarət edir.
  • İşçilərin kollektiv və fərdi xilasedici vasitələrindən istifadə qaydalarına, baş verə biləcək qəzaların, yanğınların ləğv olunmasının öyrədilməsinə nəzarət edir.
  • İşçilərə təhlükəsiz iş üsulunun vaxtında öyrədilməsinə, təlimatların keçirilməsinə fəhlələrin biliklərinin yoxlanılmasına, təlimatların və biliklərin yoxlanılması haqqında jurnallarda düzgün qeydlərin aparılmasına nəzarət edir.
  • Fəhlələrin və mühəndis-texniki işçilərin işə qəbulu zamanı keçiriləcək təlimatları hazırlayır, onlarla işə qəbul təlimatını keçir, iş yerində peşə təlimatının keçirilməsinə nəzarət edir.
  • İşçilərin həyatı və sağlamlığına təhlükə yaradan tikinti və istehsalat sahəsində, maşın və mexanizmlərdə, qurğularda və dəzgahlarda işləri dayandırır.
  • İş yerinin təhlükəsizlik qaydalarına aid plakatlarla, təlimatlarla, normativ sənədlərlə, mühafizə və xilasedici vasitələrlə təchiz olunması üçün ölçü götürür.
  • Yanğın söndürən avadanlıq və alətlərin həmişə yararlı və saz halda olmalarını təmin edir.
  • Tikintidə və istehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin, bədbəxt hadisə ilə nəticələnən qəzaların təhqiqatında və oların qarşısını alan tədbirlərin hazırlanmasında iştirak edir.
  • İstehsal sahələrində SƏTƏMM fəaliyyətinin yaxşılaşdırılması məqsədilə mütəmadi olaraq qeyd edilən sahələrdə yoxlamaların aparılması, təlimatların keçirilməsi və aşkar olunmuş uyğunsuzluqların aradan qaldırılması üçün lazımi tədbirlərin işlənib hazırlanması.
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Əsas təminatlar:

  • Nahar (Əgər zavod ərazisindəki hoteldə qalacaqsa gündə 3 dəfə yeməklə təmin olunur),
  • Aylıq mobil rabitə limiti ilə təmin olunur,
  • Zavod ərazisində yaşayış yeri şirkət tərəfindən təmin olunur (Adminstrativ heyət üçün zavod ərazisində yüksək səviyyəli Hotel – yataqxana fəaliyyət göstərir),
  • İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün ətraf yaşayış məntəqələrinə (Qazax və Ağstafa rayonları) komfortlu servis avtobusları fəaliyyət göstərir,
  • Əmək haqqı razılaşma əsasında müəyyən olunur.

E – mail : Hamza.Xocayev@qsz.az . Mövzu hissəsində “Əməyin mühafizəsi (SƏTƏMM – HSE) üzrə mühəndis” qeyd olunması zəruridir.

Not: Xahiş olunur fikri ciddi olmayan, iş təcrübəsi olmayan, İngilis dili və Rus dilini bilməyən namizədlər CV göndərməsin.

Oxşar vakansiya siyahısı:

Planlama üzrə mütəxəssis

Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Matanat A

20.02.2025 - Bakı

 Smeta üzrə mühəndis

Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

19.02.2025 - Bakı

Avtoelektrik

Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

17.02.2025 - Bakı

1500₼
Layihəçi elektrik mühəndisi

AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AQA Şirkətlər Qrupu

13.02.2025 - Bakı

Laborant

Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

12.02.2025 -

1000₼
Sahə mühəndisi

BMY Caspian MMC Sahə mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

11.02.2025 - Bakı

SƏTƏM üzrə mühəndis

Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

11.02.2025 - Bakı

800 — 1000 ₼
İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı)

Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

05.02.2025 - Bakı

700₼
İstehsalat koordinatoru

Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

05.02.2025 - Bakı

Növbə nəzarətçisi

Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

05.02.2025 - Hacıqabul

Növbə nəzarətçisi

Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

03.02.2025 - Hacıqabul

700 — 1000 ₼
Montajçı Elektrik

AZELKO MMC Montajçı Elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...

AZELKO MMC

03.02.2025 - Bakı