Qısa məzmun
AzərPambıq ASK Əmtəəşünas I zona vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Xam pambığın avtomobil tərəzisində fermerin iştirakı ilə çəkilib müəyyən edilərək sənədləşməsini yerinə yetirir. Çəkilmiş xam pambıq uyğun olduğu tayaya yığılmaq üçün məntəqənin ərazisinə göndərilir və boşaldılarkən xam-pambığın keyfiyyətində müxtəliflik müəyyən edilərsə yenidən nümunələr götürülüb analiz aparılır. Boşaldılmadan sonra tara çəkisi müəyyən edilərək gətirilmiş xam-pambığın fiziki çəkisi müəyyən edilir. Bundan sonra növ, zibillik və nəmliyə görə təhvil verilmiş xam pambığın kondisiya çəkisi müəyyən edilib sənədləşdirilir.
- Kondisiya çəkisinin əmtəəşünasa tabe olmayan məntəqə laboratoriyasında müəyyən edilən zibillik və nəmlik göstəricisindən asılı olması nəzərə alınaraq əmtəəşünas növün, nəmliyin və zibilliyin müəyyən olunması sınaqlarında iştirak edə bilər.
- Əmtəəşünas (I zona) laboratoriyada alınan nəticələrlə razılaşmadığı halda xam-pambığın keyfiyyətinin təkrar analizini tələb etmək hüququna malikdir.
- Xam pambığın qəbulu zamanı əmtəəşünas (I zona) şəxsən 3 nüsxədən ibarət pambığın qəbuluna dair qəbul qəbzini yazmalıdır. Bu sənəddə bütün göstəricilər dəqiq qeyd olunmalıdır. Tərtib edilmiş sənədlər haqq-hesab üçün mühasibatlığa verilir.
- Əmtəəşünas (I zona) ərazidə xam-pambığın saxlanılmasını həyata keçirən “Texnikin” işinə də nəzarət edir. Xam pambığın saxlanması ilə əlaqədar lazımi tövsiyələrini verir.
Tələblər
- Yaş: 30-45
- Təhsili: Texnikum və ya ali
- Sahə üzrə iş təcrübəsi: ən azı 3 il
- Kompüterdə işləmək bacarığı (MS Office programları, İnternet, MS Outlook, və s.)
- Xam pambığın qəbulunda və saxlanılmasında istifadə olunan normativ texniki səndləri bilməsi vacibdir.
- İş yerinə yaxınlıqda yaşayanlara üstünlük verilir
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...