Qısa məzmun
“Mətanət A” şirkəti Energetik vakansiyanı elan edir
İşin təsviri:
- Müxtəlif güclü yarımstansiyaların layihələndirilməsi;
- Elektrik transformatorların, mühərriklərin, generatorlarının və digər enerji qurğularının istismarı və texniki xidməti;
- Elektrik güc dövriyyəsinin hesablanması;
- Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
- Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alaraq, smetaların hesablanması;
- Mövcud olan elektrik yarımstansiyaların istismarı və texniki xidməti;
- Enerji qurğu və avadanlıqlarının təmirini həyata keçirmək;
- Tabeliyində olan müvafiq sex və şöbələrin enerji bölmələrinə nəzarət etmək;
- Elektrik qurğularının quraşdırılması qanunları üzrə biliklər.
Əmək haqqı:
- Razılaşma yolu ilə.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsilli olmalıdır.
- Analoji sahədə ən azı 2 il iş təcrübəsi;
- Elektrotexnikanın əsaslarını bilməlidir;
- Tələb olunan bilik, bacarıq və səriştələr;
- Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri üzrə biliklər;
- Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının texnologiyası üzrə biliklər;
- Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
- Microsoft Office proqramları, AutoCad və s. mühəndis proqramlarını mükəmməl bilməli;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dilləri – yaxşı;
- Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki-6 günlük,
- Həftə içi 5 gün saat 08:00-dan 17:00-a dək;
- Şənbə günü saat 08:00-dan 13:00-a dək;
- Servis xidməti mövcuddur;
- Nahar şirkətdə verilir.
- İş yeri: Qaradağ rayonu, Ağdağ Gips zavodu.
Şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyətli;
- Ünsiyyət qurmaq bacarıqlı;
- Fəal olması;
- İşə planlı yanaşması.
Qeyd:
- Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərmək xahiş olunur.
- Əlaqə nömrəsi: 050-208-66-95.
Oxşar vakansiya siyahısı:
430₼
İstehsal xəttində nəzarətçiAyan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Tekstil meneceri
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...