Qısa məzmun
Veysəloğlu Şirkətlər Qrupu ERP Admin vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil.
- 2-3 il iş təcrübəsi.
- İT üzrə Beynəlxalq standartları bilmək.
- Azərbaycan, ingilis , rus dillərini bilmək.
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- ITILv3., ISO27001:2013, COBIT 5 biliklərinin və tətbiq etmə qabiliyyəti
Öhdəlikləri:
- Şöbənin işçilərinə metodoloji köməklik göstərir, Bölmə müdiri olmadıqda onu əvəz edir.
- Cəlb olunduğu layihələrdə bölmənin cavabdehlik daşıdığı məsələləri koordinasiya edir.
- Şirkətdə biznes proseslərin avtomatdırılaşması üzrə texniki tapşırığı hazırlanmasında iştirak edir.
- Avtomatlaşdırılmış biznes proseslərin məlumat bazalarına əlavələri dəyişikliklərin idarə olunması prosesinə uyğun olaraq tətbiq edir.
- Şirkətdə İT layihələrin həyata keçirilməsində iştirak edir.
- Şirkətin texniki əməliyyatlar şöbəsindən daxil olan və ya eskalasiya olunan sorğuları cavablandırır.
- İnformasiya sisteminin hesabatlarında düzəlişlər edir və yeni hesabatların yaradılmasını həyata keçirir.
- ERP-nin texniki tapşırıqlara uyğun dəyişdirilməsi, təkmilləşdirilməsini yerinə yetirir.
- ERP (Micro, Tiger və digər) sistemlərın dəstəklənməsini həyata keçirir.
- ERP sistemlərin istismar və əməliyyat təlimatlarını hazırlayır.
- Prosedura uyğun olaraq ERP sistemlərə daxilolma hüquqlarının verilməsi, dəyişdirilməsi və ləğvini həyata keçirir.
- Avtomatlaşdırılmış biznes proseslərin dayanıqlı və təhlükəsiz işləməsinə nəzarət edir.
- Şirkətdə müvafiq biznes proseslərin dayanıqlığının testləşdirilməsində və bərpasında iştirak edir.
- Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “ERP Admin” yazmaqla, öz CV-lərini göndərə bilərlər.