Qısa məzmun
Barattson Event manager vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin daxili tədbir layihələrini planlaşdırmaq, təşkil etmək, əlaqələndirmək və nəzarət etmək;
- Təklif olunan ideyaları, konsepsiyaları, ssenariləri qiymətləndirmək və təhlil etmək;
- Bu sahədə qabaqcıl dünya təcrübəsini öyrənmək və onları işdə tətbiq etmək;
- Ehtiyatda korporativ tədbirlər – konfranslar, seminarlar, təlimlər üçün hazır strategiya proqramlarına malik olmaq, lazım gəldikdə onları sınaqdan keçirilmiş həll yolu kimi təklif etmək;
- Lazımi iştirakçıları, məkanı, avadanlıqları və promo materialları təşkil etmək;
- Layihənin həyata keçirilməsində iştirak edən subpodratçılarla danışıqlar aparmaq və müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək;
- Fəaliyyətin hazırlanmasında və həyata keçirilməsində iştirak edən personalı idarə etmək;
- Tədbirin büdcəsini hesablamaq və onun ardıcıl icrasına nəzarət etmək;
- Fəaliyyət zamanı hər hansı bir münaqişəni psixoloji cəhətdən bacarıqlı şəkildə həll etmək.
Əsas tələblər:
- Ali təhsil
- Dil bilikləri: Azərbaycan dili -səlis, İngilis və Rus dillərini bilmək üstünlükdür.
- Kompüter bacarıqları: “Microsoft Office” proqramlarında peşəkər səviyyədə işləmək
- Bayramların və digər tədbirlərin təşkilində ən azı 1 il təcrübəyə malik olmalıdır.
- Rəsmi danışıqlar aparmaq üzrə ən azı 1 il iş təcrübəsi
- Yaradıcı olmaq və bütün PR alətləri ilə işləmək bacarığı,
- Eyni vaxtda iki və ya daha çox layihə üzərində işləmək bacarığı;
- Tapşırıq və məqsədlər qoymaq, onları təsvir etmək bacarığı.
Şəxsi keyfiyyətlər:
- ünsiyyətcillik, açıq fikirli, şən xarakter;
- bədii və yaradıcı bacarıqlar;
- yaradıcı düşüncə;
- analitik düşüncə;
- yüksək performans, stress müqaviməti;
- liderlik keyfiyyətləri;
- yüksək səviyyədə təşkilatçılıq bacarığı.
- İş qrafiki : beşgünlük, saat 10:00-19:00 (tədbirlərlə bağlı dəyişkən ola bilər)
- Əmək haqqı: razılaşma yolu ilə
- Namizədlərdən CV formalarının email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Tədbir meneceri (Event manager)” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
- CV-nin son göndərilmə tarixi: 25 fevral 2022 – ci il.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...