Qısa məzmun
Sinteks Group of Companies Ezamiyyə Koordinatoru vəzifəsi üzrə vakansiya elan edir
Sinteks Şirkətlər qrupuna hal hazırda Ezamiyyə Koordinatoru (Travel Coordinator) tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.
Vəzifənin rolu:
Bu vəzifənin rolu partnyor şirkətlərin cədvəlinə uyğun olaraq işgüzar səfərləri təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
- Vizaların alınmasında şirkət nümayəndələrinə dəstək olur
- Ezamiyyətə gedən işçilərin aviabiletlərini rezervasiya edir
- Otellərin rezervasiyasını və ödənişini edir
- Ezamiyyətə gedən işçilərin öncədən səfər marşrutunu ayarlayır və maliyyə şöbəsinə səfər üzrə məlumatları təqdim edir
- Ezamiyyət xərcləri üzrə bazar araşdırmasını aparır
- Xaricdən gələn qonaqlarının səfərlərinə təşkilati dəstək göstərir
Əsas tələblər:
Təhsil:
- Ali təhsil
- Rezervasiya sistemi üzrə sertifikat (əsas kurs)
Təcrübə:
- Turizm sahəsində ən az 2 il təcrübə
Professional biliklər:
- Rezervasiya sistemləri
- Viza, sığorta hazırlıqları
- İngilis dili yaxşı səviyyədə
- MS Office Proqramları
Professional bacarıq və kompetensiyalar:
- Təşkilatçılıq
- Danışıqların aparılması
- Zamanın idarəolunması
- Detallara diqqət
- Problem həll etmə
- Stressin idarəolunması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ezamiyyə Koordinatoru” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...