Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies Facility Coordinator vəzifəsi üzrə vakansiya elan edir.
1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.
Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərliak edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Şirkətin İnfrastrukturunun idarəedilməsi Üzrə Koordinator tələb olunur.
İşin rolu:
Bu rol obyektlərin fasiləsiz istismarı üçün təmir planlama, usta heyəti arasinda iş bölgüsünü təmin edir.
Vəzifə öhdəlikləri:
- İl ərzində obyektlərdə texniki təhlükəsizlik təsərrüfatının audit olunmasını təşkil etmək
- Obyektlərdə gün ərzində infrastrukturun işlək vəziyyətdə olmasına nəzarət etmək
- Yeni açılacaq obyektlərdə görülən işlərə dair podratçılarla təhvil-təslim aparılmasına dəstək olmaq
- obyektlərdə qoyulmuş investisiya dəyərinin qorunması və ya köhnəlmə, dağılma müddətinin uzadılması, həmçinin brendin tələblərinə uyğun olan dizaynın saxlanılmasını əmin etmək
- Servis xidməti göstərən şirkətlərlə təhvil təslim aktlarını yoxlamaq və qəbul etmək
- Ustalar tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
- Aparılan təmir-bərpa işlərinin və göstərilən servis xidmətlərinə nəzarət etmək
- Təmir-bərpa işlərinin aparılması və ustaları vaxtında mal-materiallarla təchiz etmək üçün sifarişlər etmək
- Bütün xətlərin düzgün və təhlükəsiz quraşdırılmasına nəzarət etmək
Əsas tələblər:
İxtisas / Təhsil:
- Texniki və ya digər müvafiq sahədə ali təhsil
- Müvafiq sertifikatlar arzuolunandır
Təcrübə:
- Müvafiq sahədə ən az 3 il iş təcrübəsi
Bilik və bacarıqlar:
- Azərbaycan və Rus dillərini səlist, İnglis dilini orta seviyyədə bilmək
- Microsoft Office proqramlarını mükəmməl səviyyədə bilmək
- Tikinti / təmir, təhlükəsizlik və yanğının qarşısının alınması prosedurları ilə bağlı yerli qanunvericiliyi bilmək
- Texniki / mühəndis əməliyyatları və qurğuların idarə edilməsini bilmək
- SƏTƏM bilikləri
Kompetensiyalar:
- Liderlik
- İş bölgüsü
- Ünsiyyət bacarıqları
- Nəticə yönümlülük
- Stressə davamlılıq
- Problem həll etmə
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@sinteks.com e-mailına, mövzu hissəsində “Şirkətin İnfrastrukturunun idarəedilməsi Üzrə Koordinator” qeyd edib göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...