Qısa məzmun
Zakaz.az Faktura nəzarəti mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Tədarükçü firmalarla əməkdaşlıq etmək;
- İdxalat fakturalarının işlənilməsi və yoxlanılması;
- Mağazalar üzrə faktura girişlərinin yoxlanılması;
- Malın hərəkətinə nəzarət;
- Fakturaların və digər sənədlərin yığılması və arxivləşdirilməsi.
Namizədə tələblər:
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ali təhsilli olmalı;
- Ünsiyyətcil və təşkilati bacarıqlara malik olmalı;
- Excel biliyi olmalıdır.
İş şəraiti:
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcəkdir.
İş yeri:
- Bakı şəh, Xətai pr 40a.
- Vakansiya ilə bağlı müraciət etmək üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Faktura nəzarəti mütəxəssisi” yazmaqla cv@zakaz.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.