Qısa məzmun
Global Management Fars dili üzrə tərcüməçi vəzifəsi üzrə vakansiya elan edir
Öhdəliklər:
- Azərbaycan və fars dillərində səlis nitq və yazışma aparmaq qabiliyyəti;
- Tərcümə zamanı qrammatika qaydalarına dəqiqliklə riayət etmək, müvafiq üslubu gözləmək, tam peşəkar səviyyədə işi təhvil vermək;
- Rəhbərlik tərəfindən təqdim edilən sənədlərin tərcüməsini dəqiqliklə təmin etmək;
- Məxfi məlumatlarla işləmək, onların gizliliyini qoruyub saxlamaq;
Namizədə bağlı tələblər:
- Tərcümə ixtisasında ali təhsil;
- Tərcümə sahəsində ən azı 3 il iş təcrübəsi;
- Yüksək sinxron,ardıcıl,pıçıltılı tərcümə etmə qabiliyyəti;
- Mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqlarına malik olmaq;
- Microsoft Ofis proqramlarında (Word, Excel) əla səviyyədə işləmə qabiliyyəti;
- Dəqiq, məsuliyyətli, operativ, komanda ilə işləmə bacarığı;
- Səliqəli, xoş görünüşlü və ünsiyyətcil;
- Professional etika və müsbət şəxsi keyfiyyətlər;
- İngilis və Rus dillərini bilmək üstünlük hesab ediləcək.
- Yaş: 25 — 50 yaş
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş qrafiki (6-cı gün qısa iş günü).
- Ünvan: Winter Park Plaza (Bakı şəhəri Rəsul Rza 75 A)
Namizədlərdən “Fars dili üzrə tərcüməçi” yazaraq CV-lərini e-mail ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
History teacher
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...