Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies F&B Menecer vəzifəsi üzrə vakansiya elan edir.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev eşyaları mağazalarını və 10-a yaxın kofeteriya filialını idarə edir. Lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda F&B Menecer tələb olunur.
İşin rolu
Bu rol brend standartlarına uyğun kafenin idarəolunmasını və işini təşkil edir.
Vəzifə öhdəlikləri:
- Kafenin vaxtında açılmasını, aylıq satış planlarını və orta çekini təmin etmək
- Kafenin aylıq tullantıların təyin olunmuş miqdarda olmasını təmin etmək
- Ay ərzində məhsulların təyin olunmuş sərfiyyatına nəzarət etmək
- Kafe işçi heyətinin yüksək xidmət səviyyəsini təmin etmək
- Həftəlik çekinq list hesabatı hazırlamaq
- Anbarlardan məhsulları FİFO üzrə paylanmasını təşkil etmək
- Məhsulların keyfiyyətinə nəzarət etmək
- Tədarükçü şirkətin tələblərinə uyğun işi təşkil etmək, minimal alış qiymətlərə nail olmaq
- Avadanlıqların vaxtı-vaxtında təmir edilməsini təşkil etmək
- Kafelərdə lazımi işçi sayını vaxtında təmin etmək
- Ümumi anbarda daxil olan malları qəbul etmək və onlara cavabdeh olmaq
- Menyu tərtibatı, dəyişikliyi və kalkulyasiyası
- Merçendayzinq işlərini icrasını təmin etmək
- Keyfiyyətə nəzarət etmək
Əsas tələblər:
- Təhsil
- Bakalavr dərəcəsi, Biznesin İdarəedilməsi/Menecment və ya digər müvafiq sahədə arzuolunandır
- Təcrübə:
- Müvafiq sahədə ən az 3 il iş təcrübəsi
- İdarəetmə sahəsində ən az 1 il təcrübə
- Professional biliklər:
- Qida məhsullarının saxlanılma şəraiti və müddəti haqqında güclü biliklər
- Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili orta səviyyədə
- MS Office proqramlarını bilmək
- Professional bacarıqlar və kompetensiyalar:
- Liderlik
- Ünsiyyət bacarıqları
- Danışıqların aparılması
- Zamanın idarəolunması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “F&B Menecer” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...