Qısa məzmun
Grandmart Fəhlə ( Anbar) üzrə vakansiya elan edir.
Müraciət üçün linkə daxil olun: https://qlor.me/lda4e3nz
Təsvir
- Anbara daxil olan malların qəbulu, boşaldılması, çeşidlənməsi və yerləşdirilməsi;
- Sifarişlərin təlimatlara uyğun şəkildə vaxtında toplanması və yük maşınlarına yüklənməsi;
- Məhsulların yüklənib, boşaldılması zamanı, məhsulların qorunması və düzgün şəkildə yığılması;
- Məhsullardan və ya inventarlardan düzgün istifadə edilməsi və istənilən zədələrdən qorunması;
- Məhsulların anbara yığılması prosesində anbar səlahiyyətli şəxslərinə son istifadə tarixi ilə bağlı məlumat vermək və ona uyğun məhsul yığımı;
- Müəyyən olunmuş iş yerinin səliqəli saxlanılması;
- Növbə ərzində, əlavə hər hansı bir iş olarsa, onun yerinə yetirilməsi;
- Verilən tapşırıqların yerinə yetirilməsi;
- Təhlükəsizlik qaydalarına əməl edilməsi;
- Aylıq anbar sayımlarında fiziki olaraq iştirak etmək;
- Məhsulları qismən tanınması.
İş şəraiti:
- 6 günlük iş qrafikı;
- Şirkət hesabına nahar;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Karyera yüksəlişi imkanı.
Tələblər
- Fiziki sağlamlıq, dürüstlük, dəqiqlik və məsuliyyətlilik;
- Riyazi hesablamalar bacarığı;
- Ünsiyyətcil, mədəni və xoş ünsiyyət qurmaq bacarığı.