Fəhlə
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AZDIZAYN GROUP MMC Fəhlə üzrə vakansiya elan edir.

Haqqımızda

   “AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.

    Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.

Fəhlə:

  • Orta təhsil;
  • Satış (seramik) sahəsində minimum 1 il iş təcrübəsi;
  • Fiziki aktiv,
  • Məsuliyyətlilik,
  • Səliqəlilik,
  • Komandayla iş

İş haqqında məlumat:

  • Anbar müdiri tərəfindən qəbul olunmuş malların boşaldılması və anbarda yerləşdirilməsi
  • Mallar haqqında məlumatın öyrənilməsi və uyğun olaraq malların düzgün şəkildə yerləşdirilməsi
  • Anbar daxilində malların düzgün yığılması
  • Geri qaytarılan malların anbar müdiri yoxladıqdan sonra boşaldılması və anbara yığılması
  • Anbar təmizliyinin həyata keçirilməsi
  • Ehtiyac olduqda anbar sayımı prosesində fiziki olaraq iştirak edilməsi
  • Anbardar tərəfindən tapşırılan digər işlərin həyata keçirilməsi

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Əmək haqqı –500 manat

Vakansiyaya müraciət üçün CV-ləri “Fəhlə” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Elektrik

Mətanət A Elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

18.02.2025 - Bakı

Dərzi

Mətanət A Dərzi vəzifəsi üzrə vakansiya elan edir. Tikiş maşınları ilə sərbəst işləmə bacarığı olmalıdır. ...

Mətanət A

17.02.2025 - Bakı

Usta

Mətanət A Usta üzrə vakansiya elan edir. ...

Mətanət A

11.02.2025 - Bakı

500 — 800 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

07.02.2025 - Bakı

700₼
Tort yığım ustası 

Maple Trading şirkəti Tort yığım ustası vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

05.02.2025 - Bakı