Qısa məzmun
Ə/h razılaşma yolu ilə. MKT İstehsalat Kommersiya MMC Fermerlərlə iş üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Sertifikatları olması arzu olunandır.
Müəssisə: MKT İstehsalat Kommersiya MMC
Departament/Şöbə: Xam pambığın istehsalı şöbəsi.
Hesabatlar kimə verilir: İdarə heyətinin üzvü, Baş Əməliyyat Direktoru.
Hesabatlar kimdən alınır: Filiallarda işləyən Aqrar işlər üzrə operator.
İş rejimi:
- Tam iş vaxtı
- Natamam iş vaxtı
Tələb edilən bilik səviyyəsi:
- Təhsil: Ali təhsil.
- Təcrübə: Müvafiq sahədə ən az 1 il iş təcrübəsi.
- Sertifikatlar: Sertifikatları olması arzu olunandır.
- Dil bilikləri: Azərbaycan. İngilis, Rus dili olması arzu olunandır.
- Kompüter bilikləri: MS Office (Word, Excel, Power point),
Texniki biliklər:
- MS Office (Word, Excel, Power point)
Səriştə və bacarıqlar:
- Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
- Dəyişikliyə açıq olma və dəyişiklikləri idarə edə bilmə bacarığı;
- Mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı;
- Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti;
- Planlama və təşkilatçılıq qabiliyyəti;
Əsas vəzifə öhdəlikləri:
- Regional aqronomların həftəlik gedəcəyi, rəhbərlik tərəfindən təyin edilmiş rayonları proqramlaşdırmaq, həftənin sonunda görülmüş işlərin protokolunu hazırlamaq.
- Təyin edilmiş rayonlar üzrə fermerlərlə bağlanmış müqavilələri sistem üzərindən “4 göz” prinsipiylə yoxlamaq: ərizələrin tələb olunan alt sənədlərinin RTİ proqramında yoxlamaq, sənədlər qaydasındadırsa sistemdə təsdiqlənərək növbəti etapa ötürülür.
- Təyin edilmiş filiallar tərəfindən göndərilmiş avans sifarişlərini mövsümə uyğun olaraq sistem üzərindən yoxlanılması.
- Avansların təyinat üzrə standart limitləri keçib keçmədiyini yoxlamaq.
- Gündəlik olaraq fermerlərin istifadə etdiyi çiyid, gübrə, dərman miqdarının sistemə işlənməsini yoxlamaq.
- Təyin edilmiş rayonlar üzrə çiyid, gübrə və dərman normalarına fermerlər tərəfindən riayət edilməsinə nəzarət etmək.
- Mövsümə uyğun olaraq görülmüş texniki işlərin RTİ proqramına işlənməsinə nəzarət etmək, operativ məlumatlarla yaranmış fərqləri araşdırmaq.
- Təyin edilmiş rayonlar üzrə aqrotexniki işlərin RTİ proqramında müəyyən edilmiş ardıcıllıqla yerinə yetirilməsini yoxlamaq.
- İmişli və Yevlax İnnovasiyada qurulmuş Spectrum cihazlarının ötürdüyü hidrometroloji məlumatları rəhbərliyə təqdim etmək.
- Rəhbərliyin təyin etdiyi digər işləri icra edir;
Səlahiyyətləri:
- Filiallarda Aqrar işlər üzrə operator vəzifəsində işləyən işçilərdən hesabat istəmək və onlara lazımı göstəriş vermək.
- Verilmiş tapşırıq və qərarların icra edilməsini sürətləndirmək.
- Məsuliyyətləri
- Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı ona məlum olan konfidensial məlumatları gizli saxlamaq;
- Fəaliyyəti ilə bağlı tələb edilən hesabatları vaxtında hazırlamaq və təqdim etmək;
Müraciət qaydaları: CV–ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Fermerlərlə iş üzrə mütəxəssis” yazmaqla göndərilir.