Qısa məzmun
Bani Seminariyası Filial Direktoru – Şəmkir vəzifəsi üzrə vakansiya elan edir.
Bani Seminariyası 2012-ci ildən fəaliyyətə başlamışdır və hal-hazırda 5 filialı (3 filial – Gəncə, 1 filial – Göygöl, 1 filial – Şəmkir) mövcuddur. Aşağıdakı sahələr üzrə xidmət göstərərək böyüməkdə davam edir.
- Abituriyent hazırlığı
- Buraxılış imtahanına hazırlıq
- Təkmilləşdirmə kursları
- Müəllimlərin işə qəbul (MİQ) imtahanlarına hazırlığı
Azərbaycan təhsilində Seminariya ənənələrini yaşadaraq gələcəyin Banilərinin Təhsil Bələdçisi olmağı əsas missiyamız hesab edir, özümüzə borc bilirik. Hədəfimiz Milli Təhsil Brendi olmaq və bütün ölkə üzrə genişlənməkdir.
Bani Seminariyası – https://bani.az/
- İş saatı: 09:00 – 18:00
- Əməkhaqqı: 600 + Bonus
Əsas vəzifə və öhdəlikləri
- Rəhbərlik edəcəyi filialın heyətini idarə etmək və işçilərin işinin qiymətləndirməsini aparmaq;
- Filiala yeni təhsilalanların cəlb edilməsi üzrə təkliflər vermək, şagird və valideynlərə yüksək keyfiyyətli təhsil xidməti göstərilməsini təşkil etmək;
- Təhsil Mərkəzinin reytinqinin yüksəldilməsinə, müvafiq yöndə aparıcı mövqelərin tutulmasına, şagird bazasının genişləndirilməsinə nail olmaq;
- Müxtəlif istiqamətdə əməkdaşlarla danışıqların aparılmasını və tərəfdaşlıqların qurulmasını təmin etmək, yüksək istedadlı şagirdlərin cəlbini təşkil etmək;
- Filialın maliyyə işlərinə, gəlir və xərclərinə nəzarət etmək, xərclərin düzgün idarə olunması, maliyyə hesabatların düzgün və vaxtında verilməsini təmin etmək;
- Gündəlik, həftəlik və aylıq yenilənən hesabatlar tərtib etmək, rəhbərliyi işin gedişatı ilə bağlı məlumatlandırmaq;
- Səlahiyyətləri çərçivəsində Rəhbərlikdən gələn müvafiq tapşırıqları icra etmək;
- Şirkətin strateji inkişaf planının hazırlanmasında iştirak etmək və töhfələr vermək.
Namizədə tələblər:
- İdarəetmə üzrə minimum 2-3 il iş təcrübəsi
- Liderlik, əla yazılı və şifahi ünsiyyət bacarığı
- Yüksək səviyyədə təqdimat və inandırmaq bacarıqları
- Satış və Marketinq sahəsi üzrə biliklərinin olması
- Özünə inam və məsuliyyətlilik qabiliyyəti
- Loyallıq və daima inkişafa açıq olmaq kimi keyfiyyətlərə sahiblik
Vakansiyaya müraciət üçün cv-lərin “Filial Direktoru – Şəmkir” başlığı ilə cv@bani.az mail ünvanına göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...