Qısa məzmun
EDUGrata Təhsil Mərkəzi “Filial müdiri” vəzifəsinə vakansiya elan edir.
Vakansiya tələbləri:
- Azərbaycan dilində düzgün danışıq və yazı qaydaları;
- Liderlik və təşkilatçılıq qabiliyyəti;
- Müstəqil işləmə bacarığı;
- Özünü və komandanı stimullaşdırma bacarığı;
- Öyrənmək və araşdırmaq qabiliyyəti;
- Ünsiyyət qura bilmə bacarığı;
- MS Office (Word, Excel əsasən);
- Təhsil sahəsində inzibati və ya adminstrativ işlərdə ən azı bir il iş təcrübəsinin olması.
- Təhsil sahəsini (maarifçiliyi) sevən, təhsilə dəyər qatacağına inanan insanlar müraciət etsinlər
- Xanımlar və bəylər müraciət edə bilər (gənc kadrlara üstünlük veriləcəkdir)
- Müəllim peşəsi ilə məşğul olan yoldaşlar yox, əsasən menecment ilə məşğul olan yoldaşlar üçün nəzərdə tutulub
Vakansiyanın şərtləri:
- günorta yeməyi şirkət tərəfindən təmin olunur
- Əmək haqqı əməkdaşın təcrübə və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. (fiks məbləğ + bonuslar nəzərdə tutulub)
- Əmək müqaviləsi, daim vaxtında ödənilən və artan maaş sistemi
- Inkişaf etdirici təlimlər
Nəzərdə tutulan filiallar:
- Nəsimi filialı (Nəsimi metrosu yaxınlığında yerləşir)
- Ramana filialı (Yeni Ramana qəs. (Şuşa şəhərciyi))
Vakansiya üçün müraciət etmək istəyən şəxslər hr@edugrata.az adresinə “Filial müdiri” başlığı ilə şəkilli CV fayllarını göndərə bilər. CV-ləri göndərərən zaman “nəyə görə bu sahə?” sualına bir neçə cümlə ilə cavab yazmağı unutmayın.
Oxşar vakansiya siyahısı:
“Azəraeronaviqasiya” İngilis dili üzrə təlimatçı
Azərbaycan Hava Yolları Azəraeronaviqasiya İngilis dili üzrə təlimatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
İngilis dili müəllimi
Vision Academy İngilis dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir. ...