Qısa məzmun
Prior Leasing Filial Müdiri (Mərkəzi filial) vəzifəsi üzrə vakansiya elan edir.
- Həftədə 5 gün, (08:30-17:30)
- Əmək haqqı : İlk 6 ay 1200 AZN (net) +800 AZN əlavə əmək haqqı, 6 aydan sonra 1500 AZN (Net) +1200 AZN bonus
- Bakı, Çinar Park Biznes Mərkəzi, bina 1.
Bizim üçün uyğun namizəd aşağıdakı tələblərə cavab verməlidir:
- Müvafiq sahədə ali təhsil (İqtisadiyyat, Maliyyə-kredit, Bank işi və s) sahib olmalı
- 3 il filial müdiri vəzifəsində iş təcrübəsi olmalı
- Azərbaycan dilini səlis bilməli (yazılı, şifahi)
- MS office proqramlarında yaxşı səviyyədə istifadə bacarığı olmalı
- Yanlız kişi namizədlər nəzərdən keçirilir
- B kateqoriyası üzrə sürücülük vəsiqəsi olmalı
Vəzifə öhdəlikləri:
- Filialın fəaliyyət dairəsinin genişləndirilməsi, yeni müştərilərin filiala cəlb edilməsi, prosedurların tələbinə uyğun olaraq yüksək keyfiyyətli xidmət göstərilməsini təşkil, nəzarət və təmin etmək, və bu sahə üzrə təkliflər irəli sürmək
- Filialda birbaşa marketinq tədbirlərini təşkil etmək, bu tədbirlərin səmərəliliyinin artıtılması üzrə təkliflər irəli sürmək
- Fəaliyyət göstərdiyi filial tərəfindən biznes proseslər, müştəri məmnuniyyəti və digər keyfiyyət standartlarının düzgün və səmərəli formada tətbiq edilməsini təmin etmək
- Filialda müştəri xidmətlərinin keyfiyyətinin yüksək səviyyədə olmasını təşkil etmək
- Filial üzrə kredit verilməsi üzrə ümumi planın, hər bir işçi üzrə fərdi planların yerinə yetirilməsinə nəzarət edilməsinə nəzarət etmək, həmçinin filialın inkişaf planlarının hazırlanmasında bilavasitə iştirak etmək
- Bütün kredit emal prosesinin daxili qaydalarına uyğun olaraq tətbiq edilməsini təşkil və nəzarət etmək
- Monitorinq planına uyğun olaraq işi planlaşdırmaq və icrasına nəzarət etmək
Yuxarıda qeyd olunan tələbləri qarşılayan namizədlərdən müraciət üçün öz yenilənmiş CV*lərini email adresinə mövzu hissəsində “Filial müdiri” qeyd etməklə göndərmələri tələb olunur.
Yalnız minimum tələbləri qarşılayan namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...