Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Para BOKT Bakı və regionlar üzrə Filial müdiri vəzifəsi üzrə vakansiya elan edir. Liderlik qabiliyyətinin olmalıdır.
““Para” Bank Olmayan Kredit Təşkilatı namizədlərə Şəki filialına müdir vəzifəsini təklif etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
- Filialın işini təşkil edərək, fəaliyyətinə rəhbərlik etmək;
- Təşkilatın İdarəetmə Orqanlarının qərarlarını, Rəhbərliyin əmr və sərəncamlarını icra etmək;
- Limitlər daxilində əməliyyatlar üzrə qərarlar qəbul etmək;
- Təşkilatın imicinin və ona olan inamın artırılması istiqamətində əməli işlər həyata keçirmək;
- Filialın müştəri bazasının genişləndirilməsi üçün banka yeni müştərilər cəlb etmək, müştərilərə yüksək səviyyəli xidmətlərinin göstərilməsini təşkil etmək, kredit məhsullarının satışını təşkil etmək;
- Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
- İşçiləri qiymətləndirmək və motivasiya etmək;
- Müştərilərə yüksək səviyyədə xidmət olunmasını təmin etmək;
- Filiallara etibar edilmiş maddi qiymətlilərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək və s.
Tələblər:
- Ali İqtisadi və ya hüquqi təhsil;
- Bank / BOKT sahəsində minimum 2 il iş təcrübəsi (kredit sahəsində iş təcrübəsi mütləqdir, rəhbər vəzifədə iş təcrübəsi olanlara üstünlük verilir);
- Qüvvədə olan qanunvericilikləri və ARMB-nin aidiyyəti təlimatlarını bilməli;
- Filialın maliyyə hesabatlarını (balans, mənfəət/zərər) təhlil etmə və qiymətləndirmə bacarığı;
- Qüsursuz vətəndaş olmalı (ictimai mövqeyinə görə vicdanlı, şəxsi, mənəvi keyfiyyətlər);
- Biznesi inkişaf etdirmə bacarığı;
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
- MS Office-dən istifadə bacarığı;
- Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
- Strateji və analitik düşünmə qabiliyyəti;
- Liderlik qabiliyyətinin olması.
Xüsusi bacarıqlar:
- Məsuliyyətli və dəqiq;
- Komanda işini bilən, insanları tanımaq;
- İdarəetmə qabiliyyəti;
- Strateji və analitik qabiliyyət;
- Təşkilatçılıq, ruhlandırma və təşəbbüskarlıq qabiliyyəti.
“Mövzü” bölməsində Şəki filialına müdir qeyd etməklə CV-nizi vakansiya@parabokt.az ünvanına göndərə bilərisniz.
Oxşar vakansiya siyahısı:
Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...