Qısa məzmun
Unibank Filialların hüquqi təminatı şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üçün linkə daxil olun: https://qlor.me/kv9gns96
Təsvir:
- Şöbənin işini təşkil etmək və ona rəhbərlik etmək, işçilərin işə davamiyyətinə və əmək intizamına, onların vəzifə təlimatlarında nəzərdə tutulmuş qaydalara riayət etməsinə nəzarət etmək;
- Şöbənin icraatında olan işlərin həcmini və sayını nəzərə alaraq onları Şöbənin əməkdaşları arasında bölüşdürmək, işin keyfiyyətli təşkil olunmasını təmin etmək və vaxtında icra olunmasını təmin etmək;
- Bankın fəaliyyətində qanunvericiliyə riayət olunmasını təmin etmək, qanunvericiliyin tətbiqi məsələlərinə dair hüquqi rəy vermək, habelə Bankın fəaliyyətinin hüquqi təminatını təkmilləşdirmək istiqamətində əsaslı təkliflər irəli sürmək;
- Yeni bank məhsullarının (xidmətlərini) yaradılması üzrə hüquqi məsələlərin tənzimlənməsi, hüquqi rəylərin verilməsi;
- Bankın digər banklarla və maliyyə institutları ilə münasibətlərinin həyata keçirilməsində iştirak etmək və hüquqi tənzimlənməsini təmin etmək;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
Tələblər:
- Hüquq sahəsi üzrə ali təhsil;
- Kompüterdən əla istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Excel, Word, Outlook), İnternetdə işləmə bacarığı);
- Azərbaycan və ingilis dilləri üzrə sərbəst bilik. Rus dili bilənlərə üstünlük verilir.
- Kollektivlə ünsiyyət qurmaq bacarığı;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Təşəbbüskarlıq, liderlik və tabeçiliyindəki işçilərin motivasiyası, koordinasiya etmə/təşkilatçılıq, səlahiyyətləri bölüşmə bacarığı, işin planlaşdırması və istiqamətləndirməsi, qərar vermə bacarığı
- Rəhbər vəzifədə 3 il və daha artıq iş təcrübəsi (Bank sahəsində təcrübəyə üstünlük verilir);