Qısa məzmun
Ə/h razılaşma yolu ilə. HR Option Maliyyə Nəzarətçisi vəzifəsi üzrə vakansiya elan edir. Dürüslük, məsuliyyətlilik,çeviklik olmalıdır.
Vəzifə öhdəlikləri:
- Maliyyə dəyərləndirilməsinin aparılması və rəhbərliyə təqdim olunması;
- Hesab-fakturaların müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması;
- Büdcəyə əsasən alışlar və ödənişlər üzrə uçotun aparılması;
- Xərclərdə büdcə kənarlaşmalarının analiz edilməsi;
- Layihələrdə yaranmış fərqlərə aid hesabatların hazırlanması və fakturalanma prosesinə uyğun olaraq proqressin monitorinqin həyata keçirilməsi;
- Büdcə və pul axınının maddələr üzrə analiz edilməsi və hesabatın hazırlanması;
- Müqavilələr üzrə təhlil və Satınalma və Maliyyə məlumatlarının təhlili və həmin istiqamətdə hesabatların hazırlanması;
- Xərclərin optimizasiyası üçün təkliflərin hazırlanması və səmərəliliyin artırılması üçün yeni yolların axtarılması;
- Baş ofis və tabeli şirkətlər üzrə təsərrüfatlarda qəbul olunmuş pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin və əsas fondların hesabının düzgünlüyünə, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında əks etdirilməsinə, materialların, yanacağın, elektrik enerjisinin, pul vəsaitinin sərf olunmasının düzgünlüyünə nəzarət ilməsi və əməliyyatlar üzrə uçotun qanunvericilik və Mühasibat Standartlarına uyğun olaraq təmin edilməsinə nəzarət edilməsi;
- Müəyyən edilmiş prosedurların aylıq monitorinqinin həyata keçirilməsi;
- Büdcənin formalaşdırılması və hazırlanması prosesi zamanı lazimi dəstəyin göstərilməsi;
- Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
- Məhsullar üzrə maya dəyərin formalaşmasının, inzibatı xərclərin analiz edilməsi;
Tələblər:
- Oxşar vəzifədə azı 3 il iş təcrübəsi;
- Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi
Maraqlanan şəxslərdən CVlərini vəzifə adı göstərilməklə cv@hroption.az ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...