Qısa məzmun
Ə/h razılaşma yolu ilə. QalaGroup MMC Layihə Meneceri vəzifəsi üzrə vakansiya elan edir. Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalıdır.
Vəzifə öhdəlikləri:
- Fərdi layihələri idarə edir, statuslarını təqib edir və uğurlu şəkildə nəticəyə çatmasını təmin edir, lazım gəldikdə əlavə strukturları işə cəlb edir;
- Layihə çərçivəsində iş bölgüsü edir, vəzifələri təyin edir;
- Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək problemlərin qarşısının alınması və ya həll edilməsini təmin edir;
- Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət edir və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edir;
- Layihənin lazımı keyfiyyətdə və vaxtında sonlandırılmasını təmin edir və bu məqsədlə ehtiyac olan metod və metodologiyanı müəyyənləşdirir və tətbiqini təmin edir;
- Üzləşilə biləcək riskləri müəyyən edir, qarşısının alınması üçün tədbirlər planı hazırlayır və risklər ortaya çıxdıqda tətbiq edir
- Layihə işçi qruplarına rəhbərlik edir;
- Maliyyə hesabatlarının vaxtında çatdırılmasını təmin edir;
- Layihə haqqında məlumatları, müsbət və mənfi təcrübələri maraqlı tərəflərə vaxtında çatdırır;
- Bütün işlərlə bağlı Departamentin direktoruna hesabat verir;
- Baş direktorun verdiyi tapşırıqların uçotunu aparır, icrasına nəzarət edir və icra vəziyyəti barədə məruzələr edir;
- Digər struktur və bölmələrdən iş zərurəti ilə əlaqədar məlumat tələb etmə səlahiyyəti var;
Təhsil/Təcrübə:
- Ali təhsil (layihənin idarə edilməsi üzrə sertifikatlar arzuolunandır);
- Yüksək səviyyədə Azərbaycan və Rus dili biliyinə malik olmalı;
- Analoji sahədə azı 3 il iş təcrübəsi olmalı;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək (MS project il işləmə bacarığı arzuolunandır);
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
Əlavə məlumatlar:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki:6 gün, 09:00 – 18:00,
- İş yeri Qala Group MMC-nin ofisi
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Layihə Meneceri” yazaraq hr@qalagroup.az ünvanına göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...