Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Fond və maliyyə təşkilatlarının kreditləri ilə iş şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
- Bankda Kredit sahəsində (Biznes və Fond kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
- Peşəkar səviyyədə Microsoft Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
- Stressə davamlılıq və komandada işləmə bacarığı;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.
İŞİN TƏSVİRİ:
- Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilən ipoteka kreditləri üzrə filialların kredit bölmələrinin əməkdaşlarına lazımi məsləhətlərin verilməsi və onların bu sahədə işinə nəzarət;
- Sahibkarlığa kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin kreditləşməsi üzrə filialların kredit bölmələri əməkdaşlarına lazımi məsləhətlərin verilməsi və onların bu sahədə işinə nəzarət;
- Bankın daxili ipoteka proqramları, biznes kreditləri üzrə Filialların Kredit bölmələrinin əməkdaşlarına lazımi məsləhətlərin verilməsi və onların bu sahədə işinə nəzarət;
- Kreditin verilməsinə dair qərar qəbul edilməsi, filialların limit səlahiyyətləri xaricində olan və dövlət fondları tərəfindən maliyyələşdirilən kredit sifarişlərinə baxılması,
- Aparılmış maliyyə-iqtisadi analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi və kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsinə çıxarılması;
- Bankın kredit əməliyyatlarını maliyyələşdirən dövlət təşkilatları, xarici banklar, beynəlxalq maliyyə təşkilatları, ixrac agentlikləri, Azərbaycan Respublikası qeyri-dövlət maliyyə təşkilatları və digər təşkilatlarla əməkdaşlıq edilməsi, danışıqların aparılması, müxtəlif layihələrin hazırlanmasında iştirak, daxil olmuş sorğular əsasında lazımi sənədlərin hazırlanması və onlara təqdim olunması.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
- E – mail: cv@xalqbank.az
- Telefon: (012) 404 43 39
- Faks: (012) 404 43 34
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...