Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Code Academy Front-End Proqramlaşdırma – Müəllim vəzifəsi üzrə vakansiya elan edir. İngilis dilini bilməsi üstünlükdür.
Şirkət haqqında
İTədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.
Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir.
Code Academy-də Proqramlaşdırma bölməsi peşəkarlar və müəllimləri Proqramlaşdırma təhsil proqramları üçün müəllim vəzifəsinə müraciət etməyə dəvət edir. Biz peşəkar və böyüyən mühitdə bizimlə əməkdaşlıq etmək istəyən dinamik, enerjili və təşəbbüskar müəllimlər axtarırıq. Əmək haqqı namizədin göstəricilərinə bağlıdır və işə götürüləcək müəllimin yeni başlayan tələbələri öyrətməsi gözlənilir.
Vakansiya: Front-End Proqramlaşdırma – Müəllim
Biz sizə həftədə 4 günlük, gündə 4 saatlıq iş rejimi təklif edirik. İş saatları: 09:00-13:00 və ya 14:00-18:00 müddətindədir. Tədris iş yükü müqavilədən asılı olaraq həftədə ən az 1 qrup, ən çox 3 qrupdur.
İşin təsviri və öhdəliklər:
- Tələbələrə aşağıdakı proqramlar üzrə bilikləri aşılamaq tələb olunur:
- HTML5, CSS3 (SASS, LESS CSS precompilers) and CSS Frameworks;
- JavaScript
- JQuery
- ReactJS library
- SOAP & REST web services
- Code Academy və Microsoft kurrikulumunun tələb və qaydalarına əsasən tədris proqramını hazırlamaq və inkişaf etdirmək;
- Dərs və lab saatlarında vaxtında iştirak etmək və dərs materialına əsasən işləmək;
- Tələbələrin suallarına və tapşırıqlarına vaxtında düzgün cavab və rəy bildirmək;
- Tələbələrin dərsdə iştirak və fəaliyyətinin mütəmadi qiymətləndirilməsini müvafiq sistemə əsasən həyata keçirmək;
- Code Academy dəyərlərinə əsasən xidmət göstərmək.
Tələb olunan bilik və təcrübə:
- 3-4 il Proqramlaşdırma sahəsində iş təcrübəsinin olması;
- Azərbaycan dilində əla yazılı və şifahi dil bacarıqları, ingilis dilini bilməsi üstünlükdür;
- Müəllimliyi və ya öyrətməyi sevməsi və öz üzərində bu sahədə daim yeniliklər etməsi.
Əlavə olaraq aşağıdakıları bilməsi üstünlükdür:
- Microsoft Certified Professional olması
- Angular Framework bilikləri
- Dərs proqramı hazırlamaq və dərs keçmək sahəsində təcrübəsinin olması arzuolunandır.
Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər https://qlor.me/ko8bbtsn linkinə daxil olaraq müraciət edə bilərlər. Namizədlərdən GitHub hesab linkini CV-lərinə əlavə etməyi xahiş edirik. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Yelo Bank ASC Senior Data Analyst vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları İT İdarəsi, Şəbəkə administratoru, Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Yelo Bank ASC Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist) vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m5kqg7gjro Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...
Aztelekom MMC ERP və biznes prosesləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Prosesslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentində Scrum Master vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Sistem analitiki ( İT biznes analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...