Front Ofis agenti
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Dərs Evi Front Ofis agenti vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifənin adı: Front Ofis agenti
Yerləşmə: Bakı, Azərbaycan
Tabedir: Əməliyyatlar üzrə menecer

Tələblərimiz:

  • Müvafiq sahə üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək
  • Microsoft Office mükəmməl işləmək bacarığı
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları, problem həll etmə bacarıqları, uyğunlaşma bacarığı, təşkilati və ünsiyyət bacarıqları, detallara diqqət
  • Azərbaycan və rus dillərini mükəmməl bilmə
  • Peşəkar xarici görünüş
  • Yarana biləcək məsələlərin həllində zirək və fəal olmaq
  • Təşkilatçılıq, bir neçə tapşırığı eyni zamanda yerinə yetirmək, prioritetləri müəyyən etmək və təzyiq altında işləmək bacarığı

Əsas öhdəliklər:

  • Müştərilər tərəfindən gələn sorğu/müraciətlərin qəbul edilməsi və müvafiq departamentə yönləndirilməsi.
  • Vaxtında və düzgün qaydada müştərilərlə şəxsən məşğul olmaq və qulaq asmaq, gözləyən müştərilərlə məşğul olmaq və müvafiq şəxsləri cəlb etmək. Müştəri müraciətlərini müvafiq fayllara qeyd etmək.
  • Bəzi intizam məsələlərində dəstək (məsələn, kursda təhsil alan tələbələr dərsə gecikdikdə və ya dərsdə iştirak etmədikdə valideynlərini bu barədə məlumatlandırmaq). Dərs prosesində koridorların kameralardan izlənməsi və disiplinə nəzarət.
  • Tələbələrə mərkəzdə nəzarət etmək və onların davranışının intizam prosedurlarına uyğun olmasını təmin etmək. Hər hansı qayda pozuntusu baş verdiyi halda, növbəti razılaşdırılmış addımlar çərçivəsində hərəkət etmək. Qayda pozuntusunun səbəblərini təhlil etmək və gələcəkdə bu cür halların baş verməməsi üçün təkliflər irəli sürmək.
  • Eyni hallar baş verdiyində məlumatı Müştəri xidmətinə ötürmək.
  • Düzgün şəkildə qeydlər aparmaq və müştəri xidmətləri üzrə fəaliyyəti və müzakirələri sənədləşdirmək.
  • Ofisə nəzarət, vaxtı-vaxtında təmizlik işləri və təchizatla məşğul olan şəxslərin məlumatlandırılması (ofisə və otaqlara nəzarət, təmizlik işinə ehtiyac olduğunda xadimələrə məlumatın verilməsi, müştərilər və işçilər olan otaqlara nəzər yetirmək, çatışmayan əşya və ya məhsullar olduğunda məsul şəxslərə bildirmək, dərman qutusunun yoxlanılması, sonuncu növbə olduğunda ofisi yoxlayıb bağlamaq).
  • Gələn qonaqları gülərüzlə qarşılamaq, qeydiyyata almaq və ofisə/konsultasiya otağına yola salmaq.
  • Kameralara nəzarət etmək, yaranan çətinlik və problemər haqqında Müştəri xidmətlərini məlumatlandırmaq (Müştəri xidmətlərinin qeyri-iş vaxtı olduğunda birbaşa müdaxilə edib problemi həll etmək).
  • Girişə nəzarət sisteminə görə cavabdehlik (lazım olduğunda girişin bağlanıb və açılması, giriş və çıxışın sistem üzrə hesabatlarının məsul şəxslərə verilməsi, giriş kartların verilib yığılması).
  • Ehtiyac olduqda valideyn və müəllimlər arasında olan görüşlərdə iştirak etmək, şagird və müəllimlərin görüşə çağırılması.
  • Resepşn bölməsinə nəzarət etmək (təmizliyin saxlanılması, bukletlər olmadığında məsul şəxsləri məlumatlandırmaq, müştəri və şagirdlər olan ərazidəki lövhələrə nəzarət və lazımı məlumatların lövhələr üzərində yerləşdirilməsi).
  • Anbara nəzarət (verilən və anbara qoyulan əşyaların qeydiyyatı, tədbirlər zamanı verilən dəftər, qələm və digər əşyaların qeydiyyatının aparılması).
  • Tədbirlər olduğunda nəzarət və təmizlik, təchizata dair məsul şəxslərin məlumatlandırılması.
  • Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Necə müraciət etməli:

Rezümenizi məktubun “Mövzu” sətrində ” Front Ofis agenti ” qeyd etməklə talent@dersevi.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 31 mart 2021-cu il

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı