Front Ofis Koordinatoru
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Code Academy Front Ofis Koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. rus və ingilis dillərini orta səviyyədə bilməlidir.

İşin təsviri:

  • Təhsil mərkəzinə gələn qonaqları və müştəriləri qarşılamaq
  • Telefon zənglərinə cavab vermək
  • Tədris proqramları ilə bağlı ilkin məlumatların verilməsi
  • Qeydiyyat işinin aparılması
  • Ofisdə digər departamentlərin gündəlik işlərinə dəstək olmaq
  • İş rejimi növbəli iş qrafiki ilədir. İş saatları 09:00-16:00, 13:00-20:00, 14:00-21:00 arasıdır.

Əsas tələblər:

  • Microsoft Office proqramlarında yaxşı işləyə bilmək
  • Azərbaycan dilində yaxşı nitq qabiliyyəti, rus və ingilis dillərini orta səviyyədə bilmək
  • Tələbəlik müddətində sosial aktivlik
  • Məsuliyyətlilik
  • Xoş görünümlü olmaq və gülərüzlülük
  • Güclü ünsiyyət qabiliyyəti
  • Problem həll etmə bacarığı
  • Komandada işləmə bacarığı
  • Call Center təcrübəsinin olması üstünlükdür
  • Satış bacarıqlarının olması üstünlükdür

Vəd etdiklərimiz

  • Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
  • Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər hr@code.edu.az ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə baxılmayacaq. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Optik məsləhətçi

Focus Optika Optik məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Focus Optika

11.02.2025 - Bakı

Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri

Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

24.01.2025 - Bakı