Qısa məzmun
Ə/h 1000-1500 AZN. VMF Frontend-Backend Developer (full stack) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə barədə qısa xülasə:
- Veb layihələrin və saytların tərtibatının hazırlanması
- Tələb üzrə yeni səhifələrin hazırlanması, əlavə və dəyişikliklərin edilməsi
- Mövcud scriptlərdə dəyişikliklərin edilməsi
- Mövcud saytlara və xüsusi veb formalara əlavələrin edilməsi və onların təkmilləşdirilməsi
- Veb proqram təminatının işinin optimallaşdırılması
- Yazılan kodların test edilməsi, yaranan problemlərin analiz edilməsi və aradan qaldırılması
- Proqram təminatı istifadəçisindən daxil olan tələblərin təhlil edilməsi və problemin həll olunması
- Proqram layihələrinin hazırlanması üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək
- Vəzifəsi üzrə rəhbəri tərəfindən verilən tapşırıqları yerinə yetirmək
- Sənədləşməni oxuyub başa düşə biləcək səviyyədə texniki ingilis dili biliyi
- Analitik düşünmə və düzgün dəyərləndirmə qabiliyyəti
- Səliqəli və oxunaqlı kodun yazılması
- Uzunmüddətli (bir neçə il) əməkdaşlığa hazır olmaq, yaxın illərdə əsgərlik, xaricdə təhsil almaq və s. planların olmaması.
Əsas iş öhdəlikləri:
- Web-proqramların biliyi
- Web-saytın yaradılması bacarığı
- Net Core, C#, ASP.NET Core, MVC, EntityFramework Core-da iş təcrübəsi
- Web proqramlaşdırma, HTML, CSS, Bootstrap, – Angular, TypeScript, JavaScript, Ajax, JQuery, PHP, JSON, XML ilə azı 2 il iş təcrübəsi;
- RESTful və SOAP web servisləri ilə işləyə bilmək
- 1C UPP 8.3
- Entity Framework ilə iş təcrübəsi;
- Devexpress komponentləri ilə iş təcrübəsi;
- SQL sorğuların yazılması bacarığı(MSSQL, T-SQL);
- REST servislərlə iş təcrübəsi;
- Versiya kontrol alələri ilə iş təcrübəsi;
- Web proqramlaşdırma ilə bağlı nəzəri və praktiki biliklər;
- Sıralama, konkurent və paralel alqoritmlərlə tanışlıq
- Ümumi alqoritm qurma bacarığı
- OOP konseptini mənimsəmək
- Agile Software Development prinsipləri ilə iş təcrübəsi
- Obyektyönlü proqramlaşdırmanın prinsipləri haqqında biliklərə malik olmaq
- Analitik düşünmək və problem həll etmək bacarığı
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
- Kollektiv şüurla komanda şəklində fəaliyyət
- Asan ünsiyyət qura bilmək
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq
- Ali təhsilli olmaq.
Təhsil: Ali təhsil (İnformatika, Kibernetika, Komputer mühəndisliyi və s.);
Təcrübə: Ən azı 3 il staj
Bilik və bacarıqlar:
- Texniki ingilis dili (daha yaxşı bilənlərə üstünlük verilir)
- Azərbaycan dilində sərbəst şəkildə danışıq və yazı qabiliyyəti olmaq
- Kompüter bilikləri (Microsoft Office)
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşə yaradıcı yanaşmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
- Işdə dəqiqlik və detallara diqqəti cəmləmə qabiliyyəti.