Qısa məzmun
İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi Frontend developer vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Yeni veb layihələr üzərində çalışmaq
- Mövcud veb layihələri inkişaf etdirmək
- Veb layihələr üzərində komanda üzvü olaraq çalışmaq
- Müxtəlif layihələri üzrə verilən tapşırıqların vaxtında yerinə yetirilməsi üçün layihə meneceri ilə sıx işləmək
- Layihələrin planlanması, development’i, deploy edilməsi və baxımı
- Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
- Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
- Effektli və tam tələblərə cavab verən APİ-ların hazırlanması;
- Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
- Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
- Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
- Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
- Data strukturları biliyi və algoritmlər hazırlamaq bacarıqı;
- Yeni texnologiyaların araşdırılması və tətbiq olunması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (İT sahəsində təhsilə üstünlük verilir);
- İş təcrübəsi: Production mühitinə çıxarılmış bir produktun hazırlanmasıda ən azı 2 il;
- Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dilləri dili (əla);
- OOP prinsiplərini aktiv istifadə etmə təcrübəsi;
- Yeni texnologiyalari sürətlə öyrənmə həvəsi;
- Texniki bilik tələbləri: Angular/React, AJAX, CSS, HTML, REST, MVC, git
- Yüksək debug etmək bacarıqı;
- UI/UX proseslərinə diqqət bacarıqı
- Test yazma bacarığı.
Arzu olunan tələblər:
- WebGL və HTML5 canvas bazlı grafika API’ları biliyi;
- Proyektlərin yaradılması və komandaların formalaşmasında təşəbbüskarlıq göstərmə təcrübəsi;
- Agile metodologiyaları biliyi;
- CI/CD proseslərinin qurulması təcrübəsi;
- Avtomatlaşdırılmış testlər yazma bacarığı.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 01 dekabr 2021-ci il tarixinədək göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Frontend” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
Oxşar vakansiya siyahısı:
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...