Qısa məzmun
Ə/h razılaşma yolu ilə. CyberNet Front End developer vəzifəsi üzrə vakansiya elan edir. Tibbi sığorta, mükafat və bonus sistemi olacaqdır.
Proqramçının əsas vəzifəsi: “BackEnd” tərəfi Rest servislər vasitəsilə çalışan İnformasiya Sisteminin, “FrontEnd” tərəfi – Veb Portalın hazırlanmasıdır. Eyni zamanda hazırlanmış veb portalda dəyişikliklərin edilməsi, xətaların aradan qaldırılması və s. texniki dəstəyi həyata keçirmək.
Vəzifə öhdəlikləri:
- Proqram təminatının hazırlanması və düzəlişlərin edilməsi
- Proqram təminatında yaranan xətaların aradan qaldırılması
- Mütəmadi olaraq işlərin idarəetmə sistemi vasitəsilə daxil olan işlərin nəzərdən keçirilməsi
- Proqram təminatı ilə əlaqəli sorğuların cavablandırılması
- Proqram təminatının inkişafının və proseslərinin optimallaşdırılmasının təmin edilməsi
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması
Əsas tələblər:
- Ali texniki təhsil (informasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsində bakalavr dərəcəsi)
- Proqramçı vəzifəsində ən azı 2 (iki) il iş təcrübəsi
- İngilis dili – yaxşı, Rus dili – yaxşı
- Alqoritmləşdirmə bacarığı
- Proqramlaşdırma dilləri: PHP
- Verilənlər Bazasının İdarəetmə Sistemləri(VBİS): MySQL
- Application Serverlər: Apache
- Texnologiyalar: HTML, CSS3, JavaScript, JQuery,Angular JS,React JS, Bootstap, SOAP REST webservices, SQL.
- Əməliyyat sistemləri: Windows, Linux
- Qərar vermə və problem həll etmə bacarığı
- Planlaşdırmaq və təşkil etmək bacarığı
- Komandada işləmək bacarığı
- Mövcud sistemlərin biznes məntiqlərinin sürətli mənimsəmə bacarığı
- Proqram təminatının biznes məntiqlərinin texniki sənədlərini hazırlama bacarığı
- Stressə davamlılıq
- Fasiləsiz öyrənməyə meylilik
- Nəticəyə fokuslanma bacarığı
İş şəraiti:
- Tibbi sığorta
- Mükafat və bonus sistemi
- Əmək haqqı – namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.
Qeyd olunan tələblərə cavab verən namizədlər anket məlumatlarını (CV) “Full stack developer” mövzusu altında hr@cybernet.az elekton ünvanına göndərə bilərlər