Gecikmələr üzrə Zəng Mərkəzinin işçisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

FINCA Azerbaijan LLC Gecikmələr üzrə Zəng Mərkəzinin işçisi vəzifəsi üzrə vakansiya elan edir.

Əsas öhdəliklər:

  • Gecikmələr üzrə Çağrı Mərkəzi Təlimatına əsasən təyin olunmuş portfel üzrə gecikmədə olan kreditlərə görə telefon zəngləri etmək;
  • Hansı addımların atılmalı olduğunu qərarlaşdırmaq və səmərəli danışıq üsulu seçmək məqsədilə gecikmədə olan müştərilərə dair qeydiyyata alınmış bütün mövcud məlumatları təhlil etmək;
  • Gecikmədə olan müştərilərlə səmərəli ünsiyyət qurmaq və həmin ünsiyyəti qoruyub saxlamaq;
  • Gecikmənin səbəblərini müəyyənləşdirmək və müştəriləri Şirkət qarşısında öhdəliklərini yerinə yetirməyə inandırmaqla geri ödəniş tərixlərinin müəyyənləşdirilməsi üçün problemli müştərilər və əlaqəli şəxs(lər)lə danışıqlar aparmaq;
  • Portfelində olan gecikmiş kreditlərin geri ödəniş ehtimalının vaxtında və düzgün qiymətləndirilməsini həyata keçirmək;
  • Geri ödəniş üçün təyin olunan tərixlərin zamanlama və ardıclllığını müəyyənləşdirmək;
  • Hesabatların yaradılması məqsədilə gecikmələr üzrə proqram təminatında gecikmələrə dair bütün zəruri məlumatları izləmək;
  • Əməliyyatlar Departamentini dəstəkləmək üçün zəruri olan digər təyin edilmiş tapşırıq və vəzifələri icra etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil;
  • Azərbaycan dilində səlis danışmaq;
  • MS Office proqramları üzrə biliklər (MS Word, MS Excel, MS Outlook), məlumat daxiletmə və  çapetmə bacarığı;
  • Bank və yaxud qeyri bank sahəsində qeyd olunan vəzifə üzrə 6 ay iş təcrübəsi.
  • Problemli kreditlər üzrə iş təcrübəsi olanlara üstünlük verilir;
  • Ödənişlərini gecikdirən müştərilərlə iş aparmaq bacarığına malik olmaq;
  • Müştəri xidmətləri, xidmət sahələri üzrə təlim kursu sertifikatı olanlara üstünlük verilir;
  • Məsuliyyətli, etibarlı, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 14 fevral 2022-ci il tarixdən gec olmamaq şərtilə elektron ünvanına Subject/Mövzu hissəsində Gecikmələr üzrə Zəng Mərkəzinin işçisi (Baş Ofis) qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Məlumat bazası üzrə mütəxəssis

Kontakt Home Məlumat bazası üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

21.01.2025 - Bakı

700 — 800 ₼
İradların həlli üzrə inzibatçı

Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

16.01.2025 - Bakı

1000₼
Ofis meneceri

C and S Group LLC Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

C and S Group LLC

23.12.2024 - Bakı