Qısa məzmun
Ə/h razılaşma yolu ilə. FINCA Azerbaijan LLC Gecikmələr üzrə Zəng Mərkəzinin işçisi vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dilini səlis bilməlidir.
Əsas öhdəliklər:
- Gecikmələr üzrə Çağrı Mərkəzi Təlimatına əsasən təyin olunmuş portfel üzrə gecikmədə olan kreditlərə görə telefon zəngləri etmək;
- Hansı addımların atılmalı olduğunu qərarlaşdırmaq və səmərəli danışıq üsulu seçmək məqsədilə gecikmədə olan müştərilərə dair qeydiyyata alınmış bütün mövcud məlumatları təhlil etmək;
- Gecikmədə olan müştərilərlə səmərəli ünsiyyət qurmaq və həmin ünsiyyəti qoruyub saxlamaq;
- Gecikmənin səbəblərini müəyyənləşdirmək və müştəriləri Şirkət qarşısında öhdəliklərini yerinə yetirməyə inandırmaqla geri ödəniş tərixlərinin müəyyənləşdirilməsi üçün problemli müştərilər və əlaqəli şəxs(lər)lə danışıqlar aparmaq;
- Portfelində olan gecikmiş kreditlərin geri ödəniş ehtimalının vaxtında və düzgün qiymətləndirilməsini həyata keçirmək;
- Geri ödəniş üçün təyin olunan tərixlərin zamanlama və ardıclllığını müəyyənləşdirmək;
- Hesabatların yaradılması məqsədilə gecikmələr üzrə proqram təminatında gecikmələrə dair bütün zəruri məlumatları izləmək;
- Əməliyyatlar Departamentini dəstəkləmək üçün zəruri olan digər təyin edilmiş tapşırıq və vəzifələri icra etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil;
- Azərbaycan dilində səlis danışmaq;
- MS Office proqramları üzrə biliklər (MS Word, MS Excel, MS Outlook), məlumat daxiletmə və çapetmə bacarığı;
- Bank və yaxud qeyri bank sahəsində qeyd olunan vəzifə üzrə 6 ay iş təcrübəsi. Problemli kreditlər üzrə iş təcrübəsi olanlara üstünlük verilir;
- Ödənişlərini gecikdirən müştərilərlə iş aparmaq bacarığına malik olmaq;
- Müştəri xidmətləri, xidmət sahələri üzrə təlim kursu sertifikatı olanlara üstünlük verilir;
- Şirkətin kreditvermə Siyasəti və Prosedurları üzrə biliyə malik olmaq;
- Məsuliyyətli, etibarlı, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 22 dekabr 2021–ci il tarixdən gec olmamaq şərtilə elektron ünvanına Subject/Mövzu hissəsində Gecikmələr üzrə Zəng Mərkəzinin işçisi (Baş Ofis) qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...