Qısa məzmun
Ə/h 400-600 AZN + Bonus. Yes Travel Gəlmə turizm üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Daxili turların hazırlanması, fərdi və qrup turların təşkili
- Xarici və daxili partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
- Həftəlik və aylıq satış hesabatlarının hazırlanıb rəhbərliyə təqdim edilməsi
- Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması
- İş saatları: 10:00-dan 19:00-dək; Şənbə günü: 11:00-dan 16:00-dək
- İstirahət günü – Bazar günü
Namizədə tələblər:
- Gəlmə turizmi üzrə (incoming) Tur menecer kimi 2-3 il iş təcrübəsinə malik olmaq
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dili arzuolunandır)
- Kompüter proqramlarında işləmək bacarığına malik olmaq (MS Office, MS Outlook və s.)
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq
- Yüksək ünsiyyət qurma bacarığına malik olmaq
- Məsuliyyətli və diqqətli olmaq
- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq
CV-lərinizi “Gəlmə Turizm üzrə menecer” başlığı altında hr@yestravel.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.