Girov Əmlakının Qiymətləndirilməsi şöbəsinin müdiri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Yelo Bank Girov Əmlakının Qiymətləndirilməsi şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Biznes Risklərinin İdarəedilməsi Departamentinin Girov Əmlakının Qiymətləndirilməsi şöbəsinin müdiri” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Girov_Qiymətləndirmə_ŞM” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Biznes Risklərinin İdarəedilməsi Departamenti / Girov Əmlakının Qiymətləndirilməsi şöbəsi
Vəzifə: Şöbə müdiri
Bilavasitə tabeçiliyi: Departament direktoru

Vəzifə öhdəlikləri:

  • Girovun təminatı kimi təklif olunan və ya bankın mülkiyyətində olan daşınmaz əmlakların ekspertizası
  • Girov kimi təqdim edilən əmlakın eyniləşdirilməsi, texniki və mülkiyyət sənədləri ilə uyğunsuzluqların aşkar edilməsi, texniki qüsurların və qiymətə təsir edə biləcək digər amillərin müəyyənləşdirilib təhlil edilməsi;
  • Girov predmeti olan əmlakın həqiqi bazar və asan satış (likvid) qiymətinin təyin edilməsi;
  • Bankın daxili qaydalarında nəzərdə tutulduğu halda təminat kimi çıxış edən obyektə baxış keçirilməsi və şəkillərin çəkilməsi, girovun təqdim olunan sənədlərə uyğunluğunun və texniki göstəricilərinin yoxlanılması;
  • Təqdim olunan əmlakın likvidlik dərəcəsinin təhlil olunması;
  • Keçirilən ekspertiza haqda hesabatların hazırlanıb təqdim olunması (qiymətləndirmə aktı);
  • Bankdankənar müstəqil qitmətləndirici şirkətlər tərəfindən təqdim olunan aktların təhlil olunması və yekun hesabatların hazırlanıb təqdim olunması;
  • Girov qoyulmuş əmlakların hər il təkrar qiymətləndirilməsi və monitorinq olunması;
  • Təqdim edilən kredit sifarişlərinin reyestrdə qeydiyyatının aparılması;
  • Analitik hesabatlar yaradılması məqsədi ilə hesabatların hazırlanması;
  • Əmlakın bankdaxili qaydalarda təyin edilmiş müddətdə və keyfiyyətli ekspertizanın həyata keçirilməsi, rəhbərlik etdiyi şöbənin effektiv iş fəaliyyətinin təşkil olunması;
  • Şöbənin əməkdaşlarının keyfiyyətli və effektiv iş fəaliyyətinə nəzarət olunması;
  • Şöbənin cari və uzunmüddətli məqsədlərini yerinə yetirilməsi üçün Şöbə əməkdaşlarına planların təyin edilməsi;
  • İldə bir dəfədən az olmamaq şərti ilə əməkdaşlarının və bütövlüklə şöbənin fəaliyyətinin qiymətləndirilməsi;
  • Şöbənin fəaliyyəti haqda hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
  • Əmlakın qiymətləndirilməsi prosesində boşluqların müəyyən olunub onların aradan qaldırılmasında iştirak etmək;
  • Bankın digər struktur bölmələri ilə effektiv əməkdaşlığın təşkil olunması;
  • Bankdankənar müstəqil qiymətləndiriçilərin akkreditasiyası və seçilməsi prosesində iştirak etmək, bankdankənar qiymətləndiricilərnən iş fəaliyyətinin təşkil olunması və onların təqdim etdiyi işlərinin keyfiyyətinə və vaxtında yerinə yetilrilməsinə nəzarət etmək.

Vəzifəyə tələblər:

  • Bankın dəyərlərinə uyğun işlərin təşkili;
  • Ali təhsil;
  • Aidiyyatı sahə üzrə (maliyyə təşkilatlarının qiymətləndirmə şöbəsində və ya qiymətləndirmə şirkətlərində təcrübə) 5 il iş təcrübəsi (idarəetmə təcrübəsi arzuolunandır);
  • Aidiyyatı sahə üzrə sertifakatların (diplomların) olması arzuolunandır;
  • Yüksək dərəcədə analitik qabiliyyət
  • Təşkilatçılıq bacarığı;
  • Səmərəli ünsiyyətqurma bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • İşlərini planlaşdırmaq bacarığı;
  • Məsuliyyətlilik.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Oxşar vakansiya siyahısı:

Keyfiyyətə Nəzarət üzrə Menecer

Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...

Starex

08.04.2025 - Bakı

Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis

Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...

Bank Respublika ASC

03.04.2025 - Lənkəran

700₼
Aparıcı kredit mütəxəssisi

Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

02.04.2025 - Bakı, Bərdə

450₼
Kredit mütəxəssisi

Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

02.04.2025 - Bakı, Bərdə

600 — 1000 ₼
Mühasib köməkçisi

Turban Moda Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Turban Moda

28.03.2025 - Bakı

701₼
Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

19.03.2025 - Bakı

Commercial Analyst

https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...

Agro Dairy LLC

14.03.2025 - Bakı

1₼
Maliyyə mütəxəssisi

AQA Şirkətlər Qrupu Maliyyə mütəxəssisi vakansiyasını elan edir. ...

AQA Şirkətlər Qrupu

14.03.2025 - Bakı

700₼
Kassir-operator

Pro Con İzo Kassir-operator vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

13.03.2025 - Bakı