Girovların İdarə Edilməsi üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Girovların İdarə Edilməsi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Bizimlə Siz əldə edəcəksiniz:

  • Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
  • Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
  • Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
  • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
  • Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)

İşiniz nədən ibarətdir?

  • Qiymətləndirmənin vaxtında aparılması və kənar qiymətləndirmə hesabatlarına vaxtında baxılaraq rəy verilməsi;
  • Girovların müntəzəm monitorinqinin aparılması və girovların sığorta statusuna nəzarət;
  • Müştərilərə qoyulan şərtlərin yerinə yetirilməsinə nəzarət;
  • Müstəqil qiymətləndirmə aparan şirkətlərin hesabatlarına rəy verilməsi;
  • Girovların sığortasına və girovlarla bağlı bütün məsələlərə nəzarət;
  • Kənar qiymətləndirmə aparan şirkətlərin idarə edilməsi;
  • Girov barədə məlumatların və qiymətləndirmə nəticələrinin vahid məlumat bazasına daxil edilməsində təşəbbüsün göstərilməsi;
  • Əmlak bazarının təhlil edilməsi;
  • Bankın risk siyasətinə əsasən girovların qiymətləndirilməsi, monitorinq prosedur və proseslərin təkmilləşdirilməsi;
  • Girovların monitorinq prosedurlarının müəyyənləşdirilməsi və həyata keçirildikdən sonra nəzarət edilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il
  • Lisenziya/ Sertifikat: Aktivlərin qiymətləndirilməsi üzrə sertifikat
  • Xarici dil: İngilis dili
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul biliyi: Avadanlıq, daşınmaz əmlak, tikinti, əmlak bazarı barədə texniki biliklər

Digər:

  • Güclü ünsiyyət və konflikt həll etmək bacarığı
  • İnnovativ düşünmə qabiliyyəti
  • Bazar biliyi

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Girovların İdarə Edilməsi üzrə Mütəxəssis”  və ya “Collateral Management Specialist” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq..

Oxşar vakansiya siyahısı:

İstehsalat üzrə mühasib

Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Abacus Audit And Consulting

20.06.2024 - Bakı

Əməliyyat meneceri

Barkod Electronics  əməliyyat meneceri vəzifəsinə vakansiya elan edir. ...

Baku Digital

10.06.2024 - Bakı, Zaqatala