Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Caspio Group MMC Gömrük əməliyyatları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
“CASPİO GROUP MMC” Gömrük əməliyyatları üzrə mütəxəssis vəzifəsinə vakansiyası elan edir.
İş öhdəlikləri:
- Gömrükdə tranzit, idxal və ixrac bəyyannamələrinin tərtib edilməsi və yüklərin sənədlərini gömrükləməyə qədər hazırlanması;
- Gömrükdəki iş prosesi üçün lazım olan sənədləri hazırlamaq və prosesi idarə etmək
- Gömrükdən keçən malları şirkət anbarına çatdırılmasını və təhvil verilməsini təmin etmək;
- Gömrük və logistika xidmətləri üzrə müraciət edən müştərilərlə əlaqə qurmaq,
- Gömrük xidmətləri üzrə rəhbərliyin həvalə etdiyi digər funksiyaları yerinə yetirmək
- İş qrafiki: 09:00-18:00;
- İstirahət günü: şənbə, bazar.
Namizədə tələblər:
- Tranzit, idxal, ixrac yüklərin gömrüklənməsi barədə ümumi anlayış
- Təhsil: Ali təhsili və yaxud hər hansı texniki təhsili olması arzu olunandır (logistika üzrə təhsil üstünlük veriləcəkdir);
- Logistika və ixrac əməliyyatları sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək
- MS Ofis proqramlarında (Word, Excel) əla səviyyədə işləmə qabiliyyəti;
- Ofis avadanlıqları ilə işləmə bacarığı;
- Dəqiq, məsuliyyətli, operativ, komanda ilə işləmə bacarığı;
- Səliqəli, xoş görünüşlü və ünsiyyətcil;
- Professional etika və müsbət şəxsi keyfiyyətlər;
- İngilis və Rus dillərini bilmək üstünlük hesab ediləcək.
Əmək haqqı – müsahibə əsasında
Maraqlanan namizədlərdən yenilənmiş CV-lərini Gömrük əməliyyatları üzrə mütəxəssis başlığı ilə hr@bbs.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Efir koordinatoru (təcrübəçi)
İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir. ...