Qısa məzmun
Azerimed Gömrük işləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Yaş: 20-30;
- Təhsil: Ali təhsil;
- Təcrübə: Sahə üzrə minimum 1 il təcrübə mütləqdir;
- Kompüter bilikləri: MS office proqramlarını (Word, Excel) bilməlidir;
- Dil bilikləri: Yüksək səviyyədə Azərbaycan dili və rus dili biliyi, orta səviyyədə ingilisi dili biliyi tələb olunur;
- İşdə məsuliyyətli, dəqiqlik, operativlik, kollektivdə işləmə bacarığı;
- Yarana biləcək problemləri həll etmə bacarığı və analitik təfəkkür.
Vəzifə öhdəlikləri:
- Gömrük Bəyannamələrinin tərtib edilməsinə və Gömrük prosesinə nəzarət;
- Gömrükləmə üçün lazım olan sənədləri hazırlamaq;
- Gömrük xidmətləri üzrə rəhbərliyin həvalə etdiyi digər funksiyaları yerinə yetirmək.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00
- Əmək haqqı: 1000 AZN
- Ünvan: Əhməd Rəcəbli küçəsi 1/11.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Gömrük işləri üzrə mütəxəssis” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.